İğdır ili
Türkiyədə intizabi-ərazi vahidi From Wikipedia, the free encyclopedia
Türkiyədə intizabi-ərazi vahidi From Wikipedia, the free encyclopedia
İğdır ili (türk. Iğdır ili) — Türkiyənin şərqində, Şərqi Anadolu regionunda inzibati–ərazi vahidi. Şimalda, şimal–şərqdə və şərqdə Ermənistan Respublikasının Ararat mərzi, cənub–şərqdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu və İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının Maku şəhristanı, cənubda Ağrı ilinin Doğubəyazid və Daşlıçay ilçələri, cənub–qərbdə və qərbdə Ağrı ilinin Mərkəz ilçəsi, qərbdə və şimal–qərbdə Qars ilinin Kağızman ilçəsi, şimal–qərbdə isə Qars ilinin Diqor ilçəsi ilə həmsərhəddir. İnzibati mərkəzi İğdır şəhəridir. İğdır ilinin Ermənistanla sərhəd xəttinin uzunluğu 51 km,[5][6] Azərbaycanla 15 km,[7][8][9][10][11][12] İranla isə 49 km[13] təşkil edir.
İğdır ili | |
---|---|
türk. Iğdır ili | |
39°53′37″ şm. e. 43°59′52″ ş. u.HGYO |
|
Ölkə | Türkiyə |
Daxildir | Şərqi Anadolu regionu |
İnzibati mərkəz | İğdır |
Vali | Davut Haner[1] |
Tarixi və coğrafiyası | |
Sahəsi | 3 587.81[2] km² |
Saat qurşağı | UTC+2, yayda UTC+3 |
Əhalisi | |
Əhalisi | 192 056 [3][4] nəfər (2014) |
Əhalinin sıxlığı | 5.353 nəfər/km² |
Etnik tərkib | Azərbaycanlılar, Kurmanclar və s. |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | TR-76 |
Telefon kodu | +90 476 |
Poçt indeksi | 76000–76999 |
İnternet domeni | .tr |
Avtomobil nömrəsi | 76 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
7 noyabr 1982–ci ildə qəbul edilmiş və hazırda qüvvədə olan Türkiyə Respublikası Konstitusiyasının 126–cı maddəsinə əsasən ölkə I dərəcəli inzibati vahid olan illərə bölünür.[14] İğdır 27 may 1992-ci ildə TBMM-nin qəbul etdiyi 3806 saylı qanunla Qars ilindən ayrılaraq Türkiyənin 76-cı vilayəti olmuşdur.Azərbaycanla sərhəd yeganə Türkiyə ilidir.
İğdır ili 1992-ci ildə Qars ilindən İğdır (yaranmasından bir müddət sonra ilin yaradılması haqqında qanunun müvafiq bəndinə uyğun olaraq İğdır ilçəsi ərazisi və əhalisinin bir qismi hesabına Qaraqoyunlu ilçəsi təşkil edildi), Duzluca və Aralıq ilçələri əsasında təşkil edilmişdir. Hər üç ilçə 1920-ci ildə yaradılmışdı (1920-ci ildən 1927-ci ildək İğdır nahiyyəsi, Aralıq nahiyyəsi və Qulp/Duzluca nahiyyəsi adlanırdılar, 1927-ci ildə nahiyyələr dəyişdirilərək ilçə adlandırıldılar). Bu tarixdə illərin tərkibinə daxil edilən ilçələr qəza adlanırdı və onlar da daha kiçik vahid olan nahiyyələrə bölünürdülər. Beləliklə 1920-ci ildə yeni yaradılan Bəyazid ili Bəyazid (Bəyazid və Musun nahiyyələri), Diyadin (Diyadin və Daşlıçay nahiyyələri), İğdır (İğdır və Aralıq nahiyyələri), Qulp/Duzluca (Qulp/Duzluca və Uqurcu/Bernaut nahiyyələri), Qarakösə (Qarakösə və Hamur nahiyyələri), Torpaqqala/Eleşgird (Torpaqqala/Eleşgird nahiyyəsi) və Tütək/Antəb (Tütək/Antəb və Sepki nahiyyələri) qəzalarından ibarət idi. Bu qəzalarda şəhər və qəsəbələrdən başqa 754 kənd yerləşirdi və 1927-ci il siyahıya alması zamanı ildəki bütün yaşayış məntəqələrində cəmi təxminən 89 min nəfər insan yaşayırdı.
Bu soyqırım 20-ci əsrin əvvəllərində olmuşdur. Bu soyqırımın əsas təşkilatşısı erməni polkovniki Drodur. Həmin soyqırım zamanı 500 qadın, 200 uşaq və 800-dən çox yaşlı insan qətlə yetirilmişdir.
İqlimi quraqdır. Ən hündür dağı İğdır dağıdır. Hündürlüyü 2093 metrdir. Bu dağ Ermənistanın Vedi, Masis, Arşataş, Ararat rayonlarından görsənir. İlin mərkəzi çökək ərazidə yerləşir, lakin ətrafı dağlarla örtülmüşdür.
Aylar | Oca | Şub | Mar | Nis | May | Haz | Tem | Ağu | Eyl | Eki | Kas | Ara | Yıl |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ort. En Yüksek °C | 2,6 | 5,6 | 12,8 | 20,1 | 24,3 | 29,4 | 33,7 | 34,4 | 29,1 | 21,2 | 12,6 | 4,9 | ? |
Ort. En Düşük °C | -7,3 | -4,9 | 0,1 | 6,5 | 10,5 | 14,3 | 18,3 | 17,7 | 12,2 | 6,1 | 0,2 | -4,2 | ? |
Ort. Güneşlenme Süresi(saat) | 2,7 | 4,1 | 5,4 | 6,1 | 7,5 | 9,6 | 10,1 | 9,9 | 8,5 | 6,3 | 4,3 | 2,4 | ? |
Yağışlı Gün Sayısı | 5,8 | 6,5 | 7,6 | 11,2 | 15,0 | 10,6 | 5,5 | 4,1 | 4,0 | 8,3 | 6,9 | 6,2 | ? |
kaynak: www.meteor.gov.tr Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine |
Türkiyə Statistika Qurumunun rəsmi məlumatına görə 31 dekabr 2014–cü il tarixinə olan vəziyyətə əsasən İğdır ili inzibati cəhətdən 4 ilçəyə bölünür. Şəhər hesab edilən ilçə mərkəzlərndən başqa ilin ərazisində boş olanlar da sayılmaqla 162 kənd yerləşir.
Tarix[q 1] | Daimi əhali | Tarix[q 2] | Daimi əhali | Tarix[q 3] | Daimi əhali | |
---|---|---|---|---|---|---|
28.10.1927[15] | 34840 | 25.10.1970[15][16] | 112256 | 31.12.2008[3][17] | 184025 | |
20.10.1935[15] | 45648 | 26.10.1975[15][18] | 130338 | 31.12.2009[3][19] | 183486 | |
20.10.1940[15] | 46669 | 12.10.1980[15][20] | 127438 | 31.12.2010[3][21] | 184418 | |
21.10.1945[15] | 49115 | 20.10.1985[15][22] | 141490 | 31.12.2011[3][23] | 188857 | |
22.10.1950[15] | 56882 | 21.10.1990[24] | 142601 | 31.12.2012[3][25] | 190409 | |
23.10.1955[15] | 70951 | 30.10.1997[26] | 145411 | 31.12.2013[3][27] | 190424 | |
23.10.1960[15] | 85041 | 22.10.2000[28] | 168634 | 31.12.2014[3][4] | 192056 | |
24.10.1965[15][29] | 96652 | 31.12.2007[3][30] | 181866 | |||
Tarix[q 4] | Şəhər əhalisi | Kənd əhalisi | Ümumi əhali | |
---|---|---|---|---|
21.10.1990[31] | 55547 | 87054 | 142601 | |
22.10.2000[31][32] | 81852 | 87052 | 168634 | |
31.12.2007[31][32] | 97054 | 84812 | 181866 | |
31.12.2008[31][32] | 94407 | 89618 | 184025 | |
31.12.2009[31][32] | 94685 | 88801 | 183486 | |
31.12.2010[31][32] | 95550 | 88868 | 184418 | |
31.12.2011[31][32] | 99550 | 89307 | 188857 | |
31.12.2012[31][32] | 101483 | 88926 | 190409 | |
31.12.2013[31][32] | 102154 | 88270 | 190424 | |
31.12.2014[4][32] | 105276 | 86780 | 192056 | |
Tarix[q 5] | İğdır şəhəri | Duzluca şəhəri | Aralıq şəhəri | Qaraqoyunlu şəhəri | |
---|---|---|---|---|---|
21.10.1990[33] | 38917 | 7698 | 4822 | 4110 | |
22.10.2000[33] | 59880 | 8827 | 8115 | 4760 | |
31.12.2007[33] | 75927 | 11239 | 7239 | 2649 | |
31.12.2008[33] | 75824 | 9790 | 6361 | 2432 | |
31.12.2009[33] | 76950 | 9203 | 6098 | 2434 | |
31.12.2010[33] | 77912 | 8959 | 6201 | 2478 | |
31.12.2011[33] | 81162 | 8993 | 6775 | 2620 | |
31.12.2012[33] | 82656 | 9177 | 6986 | 2664 | |
31.12.2013[33] | 83944 | 9175 | 6393 | 2642 | |
31.12.2014[34] | 86567 | 9586 | 6497 | 2626 | |
"Ünvana əsaslanan əhali qeydiyyatı sistemi" hesablamalarının 31 dekabr 2014–cü il tarixinə olan yekunlarına istinadən Türkiyə Statistika Qurumunun yayımladığı məlumatlara əsasən İğdır ilinin daimi əhalisinin yaş və gender strukturu:[35][36]
Yaş qrupu | Kişilər | Qadınlar | Cəmi | % | |
---|---|---|---|---|---|
0 – 4 | 11040 | 10295 | 21335 | 11.11 | |
5 – 9 | 10073 | 9472 | 19545 | 10.18 | |
10 – 14 | 10776 | 10071 | 20847 | 10.85 | |
15 – 19 | 10638 | 9965 | 20603 | 10.73 | |
20 – 24 | 9694 | 8128 | 17822 | 9.28 | |
25 – 29 | 8367 | 7615 | 15982 | 8.32 | |
30 – 34 | 7793 | 7059 | 14852 | 7.73 | |
35 – 39 | 6005 | 5398 | 11403 | 5.94 | |
40 – 44 | 5735 | 5343 | 11078 | 5.77 | |
45 – 49 | 4299 | 3857 | 8156 | 4.25 | |
50 – 54 | 4075 | 4033 | 8108 | 4.22 | |
55 – 59 | 3233 | 3177 | 6410 | 3.34 | |
60 – 64 | 2432 | 2785 | 5217 | 2.72 | |
65 – 69 | 1825 | 2044 | 3869 | 2.01 | |
70 – 74 | 1104 | 1295 | 2399 | 1.25 | |
75 – 79 | 845 | 1069 | 1914 | 1.00 | |
80 – 84 | 668 | 889 | 1557 | 0.81 | |
85 – 89 | 203 | 426 | 629 | 0.33 | |
90 + | 103 | 227 | 330 | 0.17 | |
Cəmi | 98908 | 93148 | 192 056 | 100.00 | |
Tarix | İmmiqrantlar | Emmiqrantlar | + / - | % | |
---|---|---|---|---|---|
2007 — 2008[37] | 5559 | 9356 | – 3.797 | – 20.42 | |
2008 — 2009[38] | 5179 | 7986 | – 2807 | – 15.18 | |
2009 — 2010[39] | 6667 | 8353 | – 1686 | – 9.10 | |
2010 — 2011[40] | 6915 | 8579 | – 1664 | – 8.77 | |
2011 — 2012[41] | 6429 | 8632 | – 2203 | – 11.50 | |
2012 — 2013[42] | 6882 | 9779 | – 2897 | – 15.10 | |
2013 — 2014[43] | 7407[44] | 9453[45] | – 2046 | – 10.59 | |
1927–ci il siyahıyaalınmasına əsasən Qars vilayətinin İğdır qəzasında danışılan dillər:[q 6][46]
Dil | Kişilər | % | Qadınlar | % | Cəmi | % | |
---|---|---|---|---|---|---|---|
Türk dili | 7291 | 54.48 | 6054 | 51.20 | 13345 | 52.94 | |
Kürd dili | 6080 | 45.43 | 5770 | 48.79 | 11850 | 47.01 | |
Çərkəz dili | 1 | 0.00 | 0 | 0 | 1 | 0.00 | |
Digər | 12 | 0.09 | 1 | 0.01 | 13 | 0.05 | |
Cəmi | 13384 | 100.00 | 11825 | 100.00 | 25209 | 100.00 | |
Hazırda il əhalisi əsasən türkcə və qismən kürd dilində danışır.
Dördü şəhər (İğdır, Duzluca, Aralıq və Qaraqoyunlu) bələdiyyəsi, dördü isə kənd (Xəlfəli, Xoşxəbər, Mələkli və Daşburun) bələdiyyəsi (türklər ona qısaldımış şəkildə belde - də deyirlər) olmaqla ilçədə səkkiz bələdiyyə vardır.
Pambıqçılıq, taxılçılıq, heyvandarlıq, ərikçilik, ağ ərikçilik, şaftalıçılıq və başqa müəssisələr fəaliyyət göstərir. İlk dəfə İğdırda Şalağı adlı qaysı növü yaradılmışdır.
Burada kənd təsərrüfatı çox inkişaf etmişdir. Məsələn, burada Mor Qaraman adlı qoyun növü vardır.
İğdırda 1 futbol klubu, 2 kəndirdartma klubu, 1 güləş klubu fəaliyyət göstərir.
İğdırda 2008-ci ildə yaradılmış İğdır Tv yayımlanır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.