İğdır
From Wikipedia, the free encyclopedia
Remove ads
İğdır – İğdır ilinin inzibati mərkəzi olan şəhər və dörd ilçəsindən biri. İğdır Türkiyənin əkinçilik və heyvandarlıq baxımından əhəmiyyətli şəhərlərindən biridir.[1]
Remove ads
Remove ads
Coğrafiya
İlçənin ərazisi 1431.17 km²–dir.[2]
Əhali
- 2011-ci ilə olan rəsmi təxminə əsasən ilçənin 127.609[3] nəfər əhalisi var . Onun 81.162[3] nəfəri (41.561 nəfər kişi, 39.601 nəfər qadın) ilçənin və eyni zamanda ilinin inzibati mərkəzi olan İğdır şəhərində, 46.447[3] nəfəri (24.238 nəfər kişi, 22.209 nəfər qadın) isə ilçənin kəndlərində yaşayır .
- İlçənin bələdiyyələrinin sayı dörddür - İğdır şəhər bələdiyyəsi və 3 kənd bələdiyyəsi : Xəlfəli, Xoşxəbər, Mələkli . Kənd bələdiyyələri eyniadlı kəndlərin ərazisini və əhalisini əhatə edir.
Milli tərkib
- İğdır şəhəri : şəhərdə əhalinin yarıdan çoxunu azərbaycanlılar təşkil edir. Qalan əhalinin çox hissəsi kürdlərdən və az bir qismi Axısqa türklərindən ibarətdir. 2004-cü ilə olan rəsmi məlumata əsasən İğdır şəhərində 717 nəfər (371 nəfər kişi, 346 nəfər qadın)[4] Axısqa türkü yaşamaqdadır.
- Kəndlər : hazırda ilçə ərazisinə daxil olan 44 kənddə əhali əsasən kürdlərdən, qismən azərbaycanlılardan ibarətdir. Azərbaycanlılar : 44 kəndin 13-ü tamamilə, 3-də əhalinin yarıdan çoxu, 3-də əhalinin yarıdan azı azərbaycanlılardan ibarətdir. Kürdlər : 44 kəndin 25-i tamamilə, 3-də əhalinin yarıdan çoxu, 3-də isə əhalinin yarıdan azı kürdlərdən ibarətdir.
Remove ads
Görüntülər
Xarici keçidlər
- T.C. Halfeli Belediyesi Arxivləşdirilib 2012-03-19 at the Wayback Machine
- T.C. Melekli Belediyesi Arxivləşdirilib 2012-05-11 at the Wayback Machine
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads