Adil İsmayılov (hüquqşünas)

Azəri hüquqşünas və hüquqçu From Wikipedia, the free encyclopedia

Adil İsmayılov (hüquqşünas)
Remove ads

Adil Əlviz oğlu İsmayılov (5 iyul 1957, Göyçay3 dekabr 2020, Bakı) — hüquqşünas, ictimai xadim, vəkil, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü.[1] 1990-cı və 2000-ci illərdə məşhur məhkəmə proseslərinin iştirakçısı.

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Remove ads

Həyatı

Adil Əlviz oğlu İsmayılov 1957-ci il iyulun 5-də Göyçay şəhərində anadan olmuşdur. Bakı şəhərində S.S.Axundov adına 172 saylı orta məktəbdə təhsil almışdır. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almışdır.[1]

İki övladı var: İsmayıl İsmayılzadə və Mikayıl İsmayılzadə

2020-ci il dekabrın 3-də Adil İsmayılov koronavirusdan vəfat etmişdir.[2]

Əmək fəaliyyəti

Əmək fəaliyyətinə 1978-ci ildən prokurorluq orqanlarında başlamışdır. Sumqayıt şəhər prokurorluğunda baş müstəntiq, daha sonra 1983-cü ildə Baş Prokurorluqda mühüm işlər üzrə müstəntiq kimi çalışmışdır. 1991-ci ilin sentyabrında öz xahişi ilə prokurorluq orqanlarından ayrılaraq vəkil olaraq fəaliyyətə başlamışdır.1995-ci ildə "ADİSAD" hüquq firmasını təsis etmişdir.[3]

Vəkil kimi bir sıra məşhur məhkəmə proseslərində iştirak etmişdir. Adil İsmayılov 1993-cü ildə həbs edilən İsa Qəmbərin, keçmiş daxili işlər naziri İskəndər Həmidovun vəkili olub.

Adil İsmayılov 2008-ci ildə "Qanuni Absurdlar" adlı kitab yazmışdır.Kitabda Azərbaycan Respublikasının Cinayət Məcəlləsindəki boşluqlar,bu Məcəllə ilə başqa Məcəllə arasındakı bəzi ziddiyətli məqamlar müəllif tərəfindən özünəməxsus şəkildə şərh edilmişdir.

2005-ci ildə "Qara kəmər" əməliyyatında DİN generalı Zakir Nəsirovun, 2006-cı ildə Macarıstanda azərbaycanlı hərbçi Ramil Səfərovun, 2015-ci ildə "MTN işi"ndə general Sübahir Qurbanovun hüquqlarını müdafiə edib.

Sonuncu işində isə Azərbaycanın keçmiş baş prokuroru Eldar Həsənovun vəkili idi.[3] Fəaliyyət göstərdiyi vəkil qurumu, "Hümbətov və partnyorları" vəkil bürosu idi.[4]

Adil İsmayılov vəkillik fəaliyyəti ilə yanaşı ictimai xadim kimi də tanınır və periodik olaraq dövrü mətbuatda məqalələr ilə çıxış edirdi.

Remove ads

İstinadlar

Xarici keçidlər

Loading content...
Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads