2S3 Akatsiya
From Wikipedia, the free encyclopedia
Remove ads
2S3 Akatsiya və ya digər adıyla SO-152 1968-ci ildə SSRİ tərəfindən istehsal olunmuş 152.4 mm-lik özüyeriyən artilleriya qurğusu. ABŞ istehsalı 155 mm-lik M109 haubitsasına cavab olaraq hazırlanmışdır. SO-152-nin istehsalı 1968-ci ildə tamamlanmış, 1971-ci ildə isə silahlanmaya qəbul olunmuşdur. Sonradan bu döyüş texnikası GRAU tərəfindən 2S3 adlandırıldı.
Remove ads
Döyüş keçmişi




2S3 Akatsiya Sovet ordusunun Əfqanıstan müharibəsində çox yaxşı təsir bağışladı və bu müharibədən sonra ən məşhur özüyeriyən artilleriya qurğularından biri hesab olunurdu. Həmçinin, 2S3-lər hər iki Çeçen müharibəsi daxil keçmiş SSRİ ərazisində baş verən bir çox münaqişələrdə kifayət qədər uğurlu şəkildə istifadə olunmuşdur. Bu haubitsanın istifadə olunduğu digər müharibələr aşağıdakılardır:
- İran-İraq müharibəsi (1980-1988)
- Körfəz müharibəsi (1991)
- Birinci çeçen müharibəsi (1994-1996)
- Rusiya-Gürcüstan müharibəsi (2008)
- Liviya vətəndaş müharibəsi (2011)[1]
- Suriya vətəndaş müharibəsi (2011-davam edir)[2]
- Donbass müharibəsi (2014-davam edir)

Remove ads
Əlavə məlumatlar
Əsas silahı: 152 mm-lik“2A3” yivli topu.
Kalibri: 152 mm
Qüllənin qalxma bucağı: -4...+60°
Üfüqi tuşlama bucağı: 360°
Mərmi ağırlığı: 27.67 – 50.8 kq
Mərminin çıxış sürəti: 680 metr/saniyə
Atəş tezliyi: 6 atəş/dəqiqə
Atəş məsafəsi: 24 km
Sursat sayı: 46 ədəd
Köməkçi silahı: 7.62 mm-lik “PKT” pulemyotu
Kalibri: 7.62 mm
Mərmi: 7.62x54 mm
Atəş tezliyi: 750-800 atəş/dəqiqə
Güllənin başlanğıc sürəti: 855 metr/saniyə
Atəş məsafəsi: 1.5 km
Maksimal atəş məsafəsi: 4 km
Sursat sayı: 1500 ədəd
Uzunluğu: 6.97 metr
Qüllə daxil olmaqla: 7.76 metr
Qüllənin uzunluğu: 5.19 metr
Klirens: 0.45 metr
Zireh qalınlığı: 30 mm-lik yayılmış polad
Zəminə təzyiq: 0.6kq/sm²
Dalış dərinliyi: 1 metr
Xəndək keçmə: 3 metr
Divar dağıtmaq: 0.7 metr
Qalxma dərəcəsi: 30°
Motor: V-59U dizel
At gücü: 520
Maksimal sürəti: 63 kilometr/saat
Yanacaq tutumu: 830 litr
Mənzili: 500 kilometr
Dayandırılması: Hidravlik amortizatorlar və müstəqil burulma bar.
Variantları:
- 2S3 (SO-152)
- 2S3M (SO-152 M)
- 2S3M1 (SO-152 M1)
- 2S3M2 (SO-152 M2)
- 2S3M2 -155
- 2S3M3
Remove ads
İstifadəçiləri

Əlcəzair: 40
Anqola: 48
Azərbaycan: İlk dəfə 2008-ci il hərbi paradında nümayiş olunmuşdur.[3]
Ermənistan: 28
Belarus: 168
Gürcüstan: 32
Macarıstan: 18
Qazaxıstan: 150
Rusiya: 931 ədədi hazırda xidmətini davam etdirir, 1600 ədədi ehtiyatda saxlanılır.[4]
Ukrayna: 501
Keçmiş istifadəçilər
Bolqarıstan: 20- Şərqi Almaniya: 95
SSRİ
ABŞ: 7 (4-ü 1993-cü ildə Almaniyadan, 3-ü 2000-ci ildə Ukraynadan alınıb)[5]
İraq: 35
Həmçinin bax
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads
