From Wikipedia, the free encyclopedia
İldırım Ordular qrupu (almanca: Heeresgruppe İldırım), I Dünya Müharibəsi dövründə Osmanlı dövlətinin Sinay və Fələstin cəbhəsi və İraq cəbhəsini müdafiə etmək üçün qurduğu ordular qrupu.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İldırım Ordular qrupu | |
---|---|
Ölkə | |
Tabedir | Osmanlı ordusu |
Döyüşlər |
24 iyun, 1917-ci ildə Hələbdə Ənvər paşanın və alman komandirlərinin qatılması ilə (Mustafa Kamal Atatürk daxil) olan toplantıda general Falkenheinin rəhbərliyində "İldırım Ordular qrupu"nun yaradılması qərara alındı. Bu yeni qərar Fələstin-Suriya-İraq cəbhələrini bir yerə gətirəcəkdi. Bu qərarda belə Sinay və Fələstin cəbhəsinə çox qüvvə ayrılmamışdı. Ancaq bu dəfə Almaniya bu qrupa 6 min nəfərlik kömək qrupu göndərəcəkdi ki, bunun da bir hissəsi Sinay və Fələstin cəbhəsi üçün nəzərdə tutulmuşdu. Oktyabr ayında (1917) Sinay və Fələstin cəbhəsindəki Osmanlı qüvvələrinin sayı 40 min nəfər idi. Buna qarşı ingilis qoşunları komandanı Allenby idə 191 min nəfərlik qüvvəyə sahib idi. İngilislərin təchizatı və silah-sursatı baxımından da Osmanlıdan xeyli irəlidə idi. Hələb toplantısından sonra İstanbula geri dönən Baş Komandan vəkili Ənvər paşanın ilk işi planlaşdırılan İldırım Ordular qrupunun qurulması olmuş və general Falkenheinin qrup komandanlığına təyinatını (11 iyul, 1917), sultanın təstiqindən keçirdikdən sonra 11 iyul, 1917-ci ildə təşkil əmrini vermişdi. İldırım Ordular qrupunun quruluş məqsədi ilk əvvəllər Bağdadın geri alınması idi. Ancaq qısa müddətdə bu hədəfin reallaşmasının real olmadığı bilindikdən sonra Sinay və Fələstin cəbhəsi əsas götürülərək təşkilatçılıq edilmişdir. İlk əvvəllər qrupa daxil edilən İraqdakı VI Ordu ilə Diyarbəkirdəki II Ordu qrup təşkilatından çıxarılaraq İldırım Ordu qrupu IV, VII və VIII Ordulardan təşkil edildi. İldırım Ordular Qrupu, 1918, sentyabr ayında Megiddo döyüşündə ingilis qüvvələri tərəfindən demək olar ki, darmadağın edildikdən sonra, 30 oktyabr, 1918-ci ildə Antanta dövlətləri ilə Mudros barışığı imzalandı. Bu saziş əsasında Osmanlı dövlətində olan almanların ölkəni tərk etmələri tələb olunurdu. Sədrəzəm Əhməd İzzət paşa, 30 oktyabr, 1918-ci ildə Otto Liman fon Sandersə teleqram göndərərək, İldırım Ordular Komandanlığını Mustafa Kamal paşaya təhvil verməsini istədi. 31 oktyabrda komandanlığı Mustafa Kamal paşaya təhvil verən fon Sanders, əmrində olan əsgərlərə vəda məktubu yazaraq, vəzifəsindən ayrıldı. Mustafa Kamal paşa 31 oktyabr günü Adanada təhvil aldığı İldırım Ordular qrupu komandanlığını 7 noyabr, 1918-ci ilə qədər davam etdirdi.
1917-ci il, avqust ayında aşağıdakı formada təşkil edildi:[1]
1918-ci il, yanvar ayında İldırım Ordular qrupu aşağıdakı kimi təşkil edildi:[2]
1918-ci il, iyunda İldırım Ordular qrupu aşağıdakı kimi təşkil edildi:[3]
1918-ci il, sentyabrda İldırım Ordular qrupu aşağıdakı kimi təşkil edildi:[4]
1918-ci il , noyabr ayında İldırım Ordular qrupu bu formada təşkil edildi:[5]
1919-cu il tarixində Şövkət Turqut paşa, Cavad paşa və Kavaklı Mustafa Fevzi paşa İstanbulda gizli bir iclas keçirdilər. Bu iclasda "üçlü and" and adlı məruzə hazırlandı və vətənin müdafiəsi üçün ordu müfəttişliyi qurulmasına qərar verildi. Aprel ayının sonunda, Kavaklı Mustafa Fevzi paşa, hərbi nazir Şakir paşaya bu məruzəni verdi. 30 aprel, 1919-cu ildə, Hərbi Nəzarət idarəsi və S ultan VI Mehmed, Ordu Baş Komandanlığı tərəfindən təklif edilən ordu müfəttişliyi qurulması haqqındakı qərarı təstiqlədi. Müfəttişliklər quruldu və rəhbərliyə bu komandanlar gətirildi: I Ordu Müfəttişliyi (İstanbul mərkəzli, Mustafa Kamal paşa, daha sonra III Ordu Müfəttişliyi) İldirim Ordusu Hərbi Müfəttişliyi (Konya mərkəzli, Mersinli Camal paşa, daha sonra II Ordu Hərbi Müfəttişliyi) IX Ordu Müfəttişliyi (Ərzurum mərkəzli, Mustafa Kamal paşa, daha sonra III Ordu Hərbi Müfəttişliyi). Bundan əlavə Rumeli Hərbi Müfəttişliyi qurulacaq (Nurəddin İbrahim Konyar), XIII Ordu korpusu birbaşa Hərbi Nazirliyin komandanlığına veriləcəkdi. 1919-cu il, may ayında ordu müfəttişliyi bu formada təşkil edildi:[6][7]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.