Azərbaycan teatr aktyoru və mədəniyyət işçisi From Wikipedia, the free encyclopedia
İbrahim Məcnun oğlu Qaradağlı (1907, Qaradağlı, Ərəş qəzası – 19 iyun 1978, Ağdaş rayonu) — Azərbaycan teatr aktyoru və mədəniyyət işçisi, Azərbaycan SSR əməkdar artisti (1943).
İbrahim Qaradağlı | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Qaradağlı, Ərəş qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Ağdaş, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Fəaliyyəti | teatr aktyoru |
Fəaliyyət illəri | 1924-cü ildən |
Mükafatları |
İbrahim Qaradağlı 1907-ci ildə hazırkı Ağdaş rayonunun Qaradağlı kəndində anadan olmuşdur. Səhnə fəaliyyətinə 1924-cü ildə kəndlərindəki dram dərnəyində başlamış, 1926–1938-ci illərdə Ağdaş rayon klubunun dram dərnəyində çalışmış, sonralar bu klubun direktoru olmuşdur. İbrahim Qaradağlı 1940-cı ildə Ağdaşda Kolxoz və Sovxoz Teatrı açılan zaman bu kollektivə daxil olmuş, teatr 1949-cu ildə bağlanana kimi burada aktyorluq və rejisorluq etmiş, həmçinin 1941-ci ildən direktor işləmişdir. Sonralar rayon mədəniyyət evində müdir, xalq teatrında rejissor işləyib. Aktyor kimi çıxış etdiyi tamaşaların bir qisminə özü quruluş verib.[1]
İbrahim Qaradağlı 19 iyun 1978-ci ildə Ağdaşda vəfat etmişdir.[1]
Rol | Tamaşa | Müəllif |
---|---|---|
Əsgər bəy | Hacı Qara | Mirzə Fətəli Axundov |
Şahmar bəy | Müsibəti-Fəxrəddin | Nəcəf bəy Vəzirov |
Niyaz | Pəri cadu | Əbdürrəhim bəy Haqverdiyev |
Baş zabit | Dəmirçi Gavə | Şəmsəddin Sami |
Vidadi | Vaqif | Səməd Vurğun |
Nəsirov | Xoşbəxtlər | Sabit Rəhman |
Kərəmov | Toy | Sabit Rəhman |
Mehdi | Qaçaq Nəbi | Süleyman Rüstəm |
Əhmədi Biqəm | Məhəbbət | Mirzə İbrahimov |
Məşədi Hüseyn | Həyat | Mirzə İbrahimov |
Murad lələ | Qız qalası | Rza Şahvələd |
Sərvər | Məşədi İbad | Üzeyir Hacıbəyov |
Süleyman | Arşın mal alan | Üzeyir Hacıbəyov |
Mərcan bəy | Ər və arvad | Üzeyir Hacıbəyov |
Kərəm | Əsli və Kərəm | Üzeyir Hacıbəyov |
Məcnun | Leyli və Məcnun | Üzeyir Hacıbəyov |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.