![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/19/Ziya_q%25C9%2599zeti_%25281879_N2%2529.jpg/640px-Ziya_q%25C9%2599zeti_%25281879_N2%2529.jpg&w=640&q=50)
Ziyayi-Qafqaziyyə
Azərbaycan qəzeti / From Wikipedia, the free encyclopedia
"Ziya" (az-əbcəd. ضیاء), daha sonra "Ziyayi-Qafqaziyyə" qəzeti (az-əbcəd. ضیاء قافقاسیه) — XIX əsrdə Tiflisdə nəşr olunmuş həftəlik ədəbi, ictimai, siyasi qəzet.[1][2] 1879–1880-ci illərdə "Ziya" (Tiflis, 76 nömrə),[3] sonrakı 1880–1884-cü illərdə "Ziyayi-Qafqaziyyə" adı ilə (Tiflis və Şamaxı, 107 nömrə)[4] çıxmışdır. Qəzetdə Ünsizadə qardaşları, S. Ə. Şirvani, N. Vəzirov, S. Vəlibəyov, A. Çernyayevski və başqalarının mütərəqqi ruhlu məqalələri ilə yanaşı, islam dinini təbliğ edən yazılar da dərc olunmuşdur. Redaktoru və naşiri Səid Ünsizadə idi.[1][5][6]
Cəld faktlar Ziyayi-Qafqaziyyə, Sahibi ...
Ziyayi-Qafqaziyyə | |
---|---|
az-əbcəd. ضیاء قافقاسیه | |
![]() "Ziya" qəzetinin 13 dekabr 1879-cu il tarixli nömrəsi | |
Sahibi | Səid Ünsizadə |
Təsisçi | |
Baş redaktor | |
Yazıçılar |
Səid Ünsizadə Seyid Əzim Şirvani Nəcəf bəy Vəzirov Səfərəli bəy Vəlibəyov Aleksandr Çernyayevski və b. |
Yaranma tarixi | yanvar 1879 |
Dil | Azərbaycan dili, ərəb dili |
Nəşrini dayandırıb | 26 iyun (8 iyul) 1884 |
Baş ofis | |
Ünvan | Tiflis, Voronsov küçəsi, Ağa Əli Əsgərin 35 nömrəli evi |
Ölkə |
Bağla