Zeqortte mağarası
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Zeqrotte (su ma]arası; alm. Seegrotte, Seegrotte Hinterbrühl) — Avstriyada bir hissəsi su ilə dolu gips mənşəli şaxta mağara[1]. Mağara Vyananın yaxınlığında yerləşir və ölkənin görməli yerlərindən biridir.
Zeqorette | |
---|---|
Yerləşməsi | |
48°05′09″ şm. e. 16°15′27″ ş. u.HGYO | |
Ölkə | |
seegrotte.at | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Zaqrotte mağarasında Avropanın yer altında ən böyük gölü Sen-Leonar yerləşir. Sahəsi 6200 m²-dir. Gölün təbii axını yoxdur, ancaq yeraltı sular vasitəsilə qidalanır. Yaxınlıqdan olan Medlinq çayından hər gün 50—60 kub metr su gölə axaraq gölün səviyyəsini saxlayır. Gölün orta dərinliyi 1,2 metrdir. Ən dərin yeri 12 metrdir. Göl səthinin hündürlüyü yer səthindən 60 metr dərinlikdə yerləşir[2]. Suyun temperaturu 8 ° C, mağara daxilində temperatur isə 9 ° C -dir[3].
XIX əsrin ortalarında Hinterbryul yaşayış məntəsəsinin əhalisi yaxın təpəlikdə gipis yatağı aşakar etmişdir. Tezliklə ərazidə gipsin tədarükü və emalı həyata keçirilməyə başlanıldı. 1912-ci ildə şaxtada baş verən partlayış nəticəsində daxilə böyük miqdarda su daxil olmuş və nəticədə daxildə Avropanın yer altında olan ən böyük gölü formalaşmışdı. Bundan sonra ərazidə gipsin çıxarılması dayandırılmışdır.
Müasir dövrdə mağara və göl populyar turizm məkanlarından biri olmuş və 1993-cü ildə Walt Disney Pictures bölgədə "Üç müşketyor (film,1993)" filminin çəkilişlərini həyata keçirmişdir.
2004-cü ilin 31 mayında mağara daxilndəki göldə qayıq çevrilmiş və qayıqda olan bütün türistlər boğulmuşdur[3]. Baxmayara ki, gölün dərinliyi 1,2 m olsa da, qayıq türistlərin üstünə aşdığından insanlar boğulmuşdur. İndi mağara daxilində iki qayıq fəaliyyət göstərir. Qayıqlar xüsusi quruluşlu olub xüsusi lisenziyası olan qayıqçılar tərəfindən idarə olunur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.