Azərbaycan Respublikasının xalq yazıçısı From Wikipedia, the free encyclopedia
Vəkilov Yusif Səməd oğlu (Yusif Səmədoğlu) (25 dekabr 1935, Bakı – 16 avqust 1998, Bakı) — Azərbaycanın xalq yazıçısı, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990).
Yusif Səmədoğlu 1935-ci il dekabrın 25-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Moskvada Yazıçılar İttifaqı nəzdində olan M. Qorki adına Ədəbiyyat İnstitutuna daxil olmuşdur (1953). Həmin İnstitutun IV kursundan ADU-nun Filologiya fakültəsinin beşinci kursuna dəyişilmişdir (1957–1958). "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1960–1965), C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kinostudiyanın ssenari redaksiya heyətinin üzvü (1965–1969)[1], baş redaktoru, "Azərbaycanfilm" kinostudiyasının direktor müavini (1969–1976), "Ulduz jurnalının baş redaktoru (1976–1987), "Azərbaycan" jurnalının baş redaktoru (1987-ci ildən) vəzifələrində işləmişdir. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilmişdir (1991).
"220 saylı otaq" (1960), "Qalaktika" (1973), "Qətl günü" (1987) kitablarının müəllifi olmuşdur.
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.[2]
1998-ci il avqustun 16-da vəfat etmişdir.[3]
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən Bakıda törədilən qırğınlarla bağlı Azadlıq radiosu vasitəsilə dünya ictimaiyyətinə çatdırmışdır.[4]
Yusif ağa Vəkilov | Məhbub xanım Vəkilova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ruqiyyə Paşabəyova | Mehdixan Vəkilov | Səməd Vəkilov | Xavər Vəkilova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çiçək Vəkilova | Cavanşir Vəkilov | Yusif Vəkilov | Vaqif Vəkilov | Aybəniz Vəkilova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ictimai xadim, xalq yazıçısı Yusif Səmədoğlunun həyat və yaradıcılığına həsr olunan "Deyilənlər gəldi başa" sənədli televiziya filmi çəkilmişdir. Filmin Rejissoru Namiq Ağayevdir.[8]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.