From Wikipedia, the free encyclopedia
Cəlil Məmmədquluzadə — Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr edilən sənədli film.[1]
Cəlil Məmmədquluzadə | |
---|---|
Fayl:Cəlil Məmmədquluzadə (film, 1966).jpg | |
Janr | bioqrafik |
Rejissor | Əli Musayev |
Ssenari müəllifi | Yusif Səmədoğlu |
Operator | Seyfulla Bədəlov |
Bəstəkar | |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1966 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
Dil | Azərbaycan dili |
İl | 1966 |
Texniki məlumatlar |
2 hissə 589 metr 35 mm |
Film Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük demokrat Cəlil Məmmədquluzadənin anadan olmasının 100 illik yubileyinə həsr edilmişdir.
Filmdə C. Məmmədquluzadənin sağlığında çəkilən kinokadrlar yoxdur. Lakin müəlliflər fotoşəkillər, nadir sənədlər vasitəsilə yazıçının həyat və yaradıcılığından söhbət açmış, ədibin portretini yaratmağa, onun düşüncələrini, həyata baxışını, dövrünün ictimai və siyasi hadisələrinə münasibətini əks etdirməyə çalışmışlar. Kinolentdə C. Məmmədquluzadə ilə bərabər, onun müasirləri olan Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Əli Nəzmi, Əliqulu Qəmküsar, Əzim Əzimzadə və digər mollanəsrəddinçilər haqqında da söhbət gedir.[1]
Burada ədibin Naxçıvan həyatı, molla məktəbində, Qori seminariyasında oxuması, mənalı həyatının Tiflis dövrü, "Molla Nəsrəddin" jurnalının yaranması və fəaliyyəti, ədibin Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparması öz əksini tapmışdır.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.