From Wikipedia, the free encyclopedia
Yosip Stadler (xorv. Josip Stadler və ya Yozef Ştadler, alm. Josef Stadler; 24 yanvar 1843[1], Slаvоnski-Brоd – 8 dekabr 1918, Sarayevo) — katolik prelat, 29 sentyabr 1881-dən 8 dekabr 1918-ci ilədək Vrhbosna arxiyepiskopu, "Körpə İsanın xidmətçiləri" qadın monastik icmasının qurucusu.
Zaqreb seminariyasını bitirdikdən sonra Yosip Stadler Pontifik Qreqorian Universitetində oxudu və orada ilahiyyat doktoru dərəcəsini aldı. 17 may 1868-ci ildə Romada diakon, 24 may 1868-ci ildə isə rahib təyin edildi. Vətəninə qayıdan Yosip Stadler Zaqrebdə yerli seminariyada işləməyə başladı. Sonra Zaqreb Universitetinin ilahiyyat fakültəsində professor vəzifəsində çalışmışdır.
29 sentyabr 1881-ci ildə Papa XIII Lev Yosip Stadleri Vrhbosnanın yepiskopu təyin etdi.
1882–1884-cü illərdə Banya Luka Roma-Katolik yeparxiyasının apostol idarəçisi idi. 1884-cü ildə Sarayevoda İsanın Müqəddəs Qəlbi Katedralıni qurmağa başladı. Ehtiyac sahibləri üçün çox sayda xeyriyyə evləri açdı, müqəddəslər Kiril və Mefodi adına seminariya qurdu
8 dekabr 1918-ci ildə Sarayevoda vəfat etdi və İsanın Müqəddəs Qəlbi Katedralinın kriptasında dəfn edildi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.