Yol hərəkəti haqqında Vyana Konvensiyası
Yol təhlükəsizliyini artırmaq üçün nəzərdə tutulmuş beynəlxalq müqavilə / From Wikipedia, the free encyclopedia
Yol Hərəkəti Haqqında Konvensiya (bəzən Yol Hərəkəti üzrə Vyana Konvensiyası kimi də tanınır) — beynəlxalq yol hərəkətini asanlaşdırmaq və müqavilə bağlayan tərəflər arasında standart yol hərəkəti qaydalarını müəyyən etməklə yol təhlükəsizliyini artırmaq üçün nəzərdə tutulmuş beynəlxalq müqavilədir. Konvensiya Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının Yol Hərəkəti üzrə Konfransında (7 oktyabr – 8 noyabr 1968) razılaşdırıldı və 8 noyabr 1968-ci ildə Vyanada bağlandı. 21 may 1977-ci ildə qüvvəyə minmişdir. Bu konfrans həm də Yol nişanları və siqnalları haqqında Konvensiyanı da hazırlamışdır. Konvensiyaya 3 sentyabr 1993-cü ildə və 28 mart 2006-cı ildə düzəlişlər edilmişdir. 1 may 1971-ci ildə Cenevrədə bağlanmış Yol Hərəkəti haqqında Konvensiyaya (1968) əlavə edən Avropa Sazişi mövcuddur.