From Wikipedia, the free encyclopedia
Yesuagen (yaxud Esuagen və Asuagen) — Qafqaz Albaniyası çarı. Onun dövründə köhnə əlifbanın təkmilləşdirilməsi yolu ilə yeni Alban əlifbası yarandı. Bu barədə Moisey Kalankatlı, eləcə də V – VIII əsrlərin erməni müəllifləri Koryun, Movses Xorenli xəbər verirlər.[3] II Yezdəgirdin bacısı ilə evlənmişdi. 444-cü ildə II Vaçe tərəfindən əvəz olundu.
Yesuagen | |
---|---|
Qafqaz Albaniyasının VII çarı (Arşakilər) | |
424 – 444 | |
Əvvəlki | Asay |
Sonrakı | II Vaçe |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir[1] |
Vəfat tarixi | |
Atası | Asay yaxud Satoy [2] |
Anası | III Şapurun bacısı |
Həyat yoldaşı | II Yezdəgirdin bacısı |
Uşaqları |
II Vaçe Xoçkorik III Vaçaqan Adsız bir qız |
Ailəsi | Alban Arşakiləri[1] |
Dini | Alban Həvari Kilsəsi |
Moisey Kalankatlının verdiyi məlumata görə çar Yesuagenin 4 övladı olmuşdur:
Yesuagenin monoqramı 1975-ci ildə fransız alim Filipp Ginyo tərəfindən yayımlanan Sasani şahlarının möhürlərinin arasında Mürtəzalı Hacıyev tərəfindən tapılmış, S.Y.Qasımova tərəfindən çar Yesuagenə aid olduğu təsdiqlənmişdir.[4] Möhür ay ilahəsi ilə əlaqəlidir.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.