Yəhudanın on səkkizinci padşahı From Wikipedia, the free encyclopedia
Yehoyakim (və ya Jehoiakim, Jehoikim) (İvrit: יְהוֹיָקִים Tanrı təşkil etdi; Yunanca: Ιωακιμ; Latınca: Joakim), E.Ə 635 - 597-ci illər arasında Yehuda kralı olmuşdur. Yoşiyahunun Rumahlı Pedayanın qızı Zevudadan olan ikinci oğludur.[1] Doğum adı Eliakimdir. (İvrit: אֶלְיָקִים; Yunanca: Ελιακιμ; Latınca: Eliakim).
Yəhudilik fəlsəfəsi
Dini mətnlər
Müqqədəs şəhərlər
Yəhudi bayramları
Dini şəxsiyyətlər
Musəvilik həyat tərzi
Məktəblər
Dini rollar
Dini tikililər
Musevi Ayin sistemi
Yəhudi dilləri
Etnik bölünmələr
Musəvi məzhəbləri
Dini obyektlər
Musevi duaları
Digər dinlərlə əlaqələr
|
Yoşiyanın ölümündən sonra yerinə Yehoyakimin qardaşı Yehoahaz başa keçdi, lakin üç ay sonra firon II. Neko onu taxtdan endirib yerinə qardaşı Eliakimi gətirdi,[2] Eliakim, Yehoyakimin adını mənimsəyib 25 yaşında kral oldu. Yehoahaz, Misirə sürgündə ikən öldü.[3]
Yehoyakim taxta keçdikdə 25 yaşında idi və E.Ə 598-ci ilə qədər 11 il ərzində krallıq etdi.[4] Yerinə oğlu Yekoniya keçdi və yalnız üç ay krallıq etdi.[5][6]
E.Ə 608-ci ildə, Yehoahazın üç ay davam edən krallığından sonra firon II. Neko Yehoahazını taxtından endirib Misirə getdi (və orada öldü), yerinə Yehoahazın qardaşı Yehoyakimi gətirdi. Yehoyakim, Misirin milliyyəti altında olub yüklücə xərac ödəyirdi. Pulu vaxtında çatdıra bilmək üçün "Yahuda xalqından hər kəsin gücü nisbətində qızıl və gümüş topladı".[7]
E.Ə 605-ci ildə Qırqamış Müharibəsində Misir Babillilərə məğlub olanda Yehoyakim tərəf dəyişib Babilli Nebukadnezara xərac verməyə başladı.
Üç il sonra müharibə başlayanda Yehoyakim təkrar Misir tərəfinə keçib Babilistana xərac verməyi kəsdi. Nebukadnezar, E.Ə 599-cu ildə Yehudanı zəbt edib Qüdsü mühasirəyə aldı. E.Ə 598-ci ildə Yehoyakim öldü [8] və yerinə oğlu Yekoniya keçdi. Qüds 3 ay ərzində məğlub oldu.[5][9] Nebukadnezar, Yekoniyanı taxtından endirib yerinə Yehoyakimin qardaşı Sıdkiyanı gətirdi. Yekoniya, ailəsi, elit təbəqənin böyük hissəsi və Yehudalı sənətkarlar Babilistana sürgün edildi.[10] Bu zaman Sıdkiya, xarab olmuş ölkənin kralı olmağa və xərac ödəməyə məcbur edildi.
Babilistan Tarixçəsinə görə,[11] E.Ə adar ayının ikisi (16 Mart) 597-ci ildə Qüds məğlub oldu:
Nebukadnezar hakimiyyətinin 7-ci ayında, Kislev (noyabr/dekabr) ayında Babil kralı ordusunu topladı və Hattini (Suriya/Fələstin) işğal etdikdən sonra Yehuda şəhərini mühasirəyə aldı. Adar ayının ikisində (16 Mart) şəhəri fəth etdi və kralı (Yekoniyanı) əsir aldı. Öz yerinə seçdiyi bir kral (Sıdkiya) qoydu, ağır xərac topladıqdan sonra onları Babilistana göndərdi.[12]
Yeremyanın proqnoz yazılarını yandırmaqla tanınır.[13] Yeremya, kralın siyasətlərini tənqid etmiş, qanunlara tabe olması və tövbə etməsi üçün israr etmişdi. Bir başqa peyğəmbər olan Uriya ben Sxemə da Şemaya da eyni şeyləri söyləmiş və kralın əmri ilə öldürülmüşdü. Yeremyanın öldürülməməsinin səbəbi yəqin ki, əlaqələri olmasıdır.[14]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.