From Wikipedia, the free encyclopedia
Yaponiyada kosmetika qadınlar tərəfindən geniş istifadə olunur. Ənənəvi kosmetika məhsullarına ohaquro, oşiroy, beni, mayuzumi, nukabukuro kimi məhsullar aiddir. Hal-hazırda ənənəvi kosmetika ancaq kabuki aktyorları, geyşalar və maykolar tərəfindən tətbiq olunur.
Yaponiyada kosmetikanın tarixi VI əsrə qədər uzanır.[1] Pudra, allandırıcı, qaş boyası və digər kosmetika məhsullarının istifadəsi və istehsalı Yaponiyaya VI əsrdə Çin və Koreyadan gəlmişdir.[1] İlk dövrlərdə kosmetika məhsulları ancaq dini mərasim və festival iştirakçıları tərəfindən istifadə olunurdu, gözəllik məqsədləri üçün tətbiq olunmurdu.[1] Lakin vaxt keçdikcə kosmetika məhsulları saray əyanları arasında gözəlliyi vurğulamaq üçün istifadə olunmağa başlanmışdır.[1] Heyan dövründən etibarən qadınlar, eləcə də, kişilər kosmetikadan istifadə edirdilər.[1]
XVI əsrdə üz lasyonu hazırlamaq Hollandiya, Portuqaliya və İspaniya kimi ölkələr vasitəsilə Yaponiyaya keçmişdir.[1] Edo dövründə saç stilləri ilə birlikdə makyaj stilləri də dəyişmişdir.[1] Dəb kabuki aktyorları, kurtizankalar və geyşalar tərəfindən müəyyənləşdirilirdi, ukiyo-e qravürləri və populyar ədəbiyyat isə vasitəçi alətlər idi.[1] Meyci dövründə Avropa və ABŞ ilə mədəni əlaqələr güclənmiş və kosmetika sahəsində qərbləşmə baş vermişdir.[1] Qərb dünyası tərəfindən ibtidai hesab olunan diş qaraltma tədricən yox olmuşdur.[1] İkinci dünya müharibəsindən sonrakı dövrdə Qərb dünyasının təsiri daha da böyümüş, Yaponiya kosmetikası ilə ABŞ-Avropa kosmetikası bir-birinə çox yaxınlaşmışdır.[1]
Ohaquro işləri qara rəngə boyamaq üçün istifadə olunan mayedir.[1] Boyanı hazırlamaq üçün dəmir və ya mismar çay, sake kimi mayelərdə isladılaraq oksidləşdirilir.[1] Alınmış maye ilə dişlər qara rəngə boyanır.[1] İnanca görə bu praktika cazibədarlığı artırmaqla yanaşı dişlərin sağlamlığını qoruyur.[1] XII əsrə qədər ohaquro qızların yetkinlik yaşına çatdıqlarını bildirmək üçün istifadə olunurdu.[1] XII əsrdə ohaquro kişilər, eləcə də, samuraylar arasında populyar olmuşdur.[1] Lakin XVIII əsrə qədər ohaquro yenə ancaq qadınların gözəllik vasitəsinə çevrilmişdir.[1] XIX əsrdə isə ohaqurodan ancaq evli qadınlar istifadə edirdilər.[1]
Oşiroy üzü və bədənin digər hissələrini ağartmaq üçün istifadə olunan ağ pudradır.[1] Üz pudrasının ən qədim forması ağ torpaqdan və düyü unundan hazırlanırdı.[1] VII əsrdə keyfun (civə xlorid) və empaku (ağ qurğuşun) istehsalı Çin vasitəsilə Yaponiyaya çatmış, bu məhsullar əsasında oşiroy istehsalı başlamışdır.[1] XVII əsrə qədər oşiroy yuxarı sinif tərəfindən istifadə olunsa da, həmin dövrdən etibarən adi insanlar da oşiroydan istifadə etməyə başlamışdırlar.[1] Xüsusilə, Edo dövründə ağ qurğuşundan hazırlanan oşiroy çox istifadə olunurdu.[1] 1870-ci illərdə qurğuşunun toksik xüsusiyyətlərinin aşkar edilməsindən sonra tərkibində qurğuşun olmayan oşiroy istehsal olunmağa başlamışdır.[1]
Beni allandırıcıdır.[1] III-VI əsrlərə aid haniva heykəlciklərinin üz hissələrinin oxra və vermilyon ilə rənglənməsi həmin dövrdə allandırıcı məhsulların Yaponiyada istifadə olunduğunu göstərir.[1] VII əsrdə aspir bitkisi (benibana) Koreya vasitəsilə Misirdən Yaponiyaya gəlmişdir və bu bitkinin ekstraktından beni hazırlanmağa başlanmışdır.[1] Beni xoşbəxtliyin və zövqün simvolu hesab olunurdu.[1] X əsrə qədər aspir bitkisi Yaponiyada çox az yetişdirildiyi üçün beninin qiyməti bahalı olmuş, buna görə də XVII əsrə qədər geniş istifadə olunmamışdır.[1] XVIII əsrin sonunda alt dodağa aşağı dodağa sasabeni adlı yaşıl rəngli allandırıcı tətbiq olunmağa başlamışdır.[1] Bu məhsul XIX əsr boyunca dəb olmuşdur.[1] Bu beni növü əsasən dodaqlar üçün istifadə olunurdu, üzə nadir hallarda çəkilirdi.[1] Taxta boşqablarda, qablarda cüzi miqdarsa saxlanılır, fırça ilə dodağa tətbiq olunurdu.[1] Meyci dövründə Qərb dünyasından gətirilmiş, müasir pomadalara yaxın olan allandırıcılar beninin yerini tutmuşdur.[1]
Mayuzumi qaş boyasıdır.[1] Qədim dövrlərdə qara torpaq, lampa hisi, hind düyüsünün yandırılmış sümbüllərindən qalan his mayuzumi kimi istifadə olunmuşdur.[1] Heyan dövründə yuxarı zümrəyə mənsub qadınlar qaşlarını aldırıb əvəzinə yeni qaş çəkirdilər.[1] Bu praktika okimayu adlanırdı.[1] Kommelina çiçəyi, beni, lampa hisi, qızıl vərəq, sesame yağı qarışığından ibarət konezumi pastası da qaşları boyamaq üçün istifadə olunmuşdur.[1] Edo dövründə yeni qaş makyajı üslubları yaranmışdır.[1] XIX əsrdə qadınlar evlilikdən və uşağın doğulmasından sonra qaşlarını alırdılar.[1]
Qadınlar dəri rənginin gözəlliyini qorumaq üçün nukabukuro adlı düyü kəpəyi kisəsindən istifadə edirdilər.[1] Çiməndə bədənlərini və üzlərini nukabukuro vasitəsilə yuyurdular.[1] Hətta bu məqsədlə bülbül ifrazatından da istifadə olunurdu.[1] Su qabağı və xiyar şirəsi üz lasyonu kimi üzə çəkilirdi.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.