From Wikipedia, the free encyclopedia
Yaponiya yüksək inkişaf etmiş dövlət olsa da gözəçarpacaq dərəcədə gender bərabərsizliyi müşahidə olunur. 2015-ci ilin statistasında görə Yaponiya Gender Bərabərsizliyi İndeksində 21-ci yeri tutub, bu isə inkişaf etmiş dövlətlərlə müqayisədə aşağı göstəricidir.[1] Bu hal Yaponiya cəmiyyətindəki gender normalarının davam etməsi ilə əlaqədardır. Yaponiyada gender bərabərsizliyi ailədən tutmuş siyasətə qədər müxtəlif sahələrdə müşahidə olunur, iş imkanları və maaşa təsir edir. Cinsi ayrı-seçkilik ənənəvi və müasir Yaponiya cəmiyyətindəki dəyişən gender rollarının nəticəsidir.
Yaponiyada ənnəvi ailə quruluşuna görə qadının vəzifəsi ev işləri ilə məşğul olmaq, kişinin vəzifəsi isə pul qazanmaqdır. Bu, iki cins arasındakı tarixi əmək bölgüsüdür. İkinci dünya müharibəsindən sonra Yaponiyada konstitusiyasının 24-cü maddəsinə "gender bərabərliyi" bəndi əlavə olunub, məqsəd ölkəni gender bərabərliyi olan ölkəyə çevirmək idi. Lakin ənənəvi ailə və gender normaları vətəndaşlar arasında hökm sürməyə davam edir və hətta XXI əsrdə belə vəziyyət çox da dəyişməyib.[2]
1970-ci ilə qədər Yaponiyada qadınların işə getməsi geniş yayılmamışdı. Yaponiya kişiləri ev işlərində vacib rol oynamırdılar. Tədqiqatlar göstərir ki, kişilərin iş saatları ilə ev işlərində, həmçinin uşaq baxımındakı iştirakları arasında neqativ korelyasiya mövcuddur.[3] Atalar işdən evə gələndə vaxtlarının çoxunu yemək yemək və televizor izləməklə keçirirlər. Bu, "Japan Inc." termininin ortaya çıxmasına səbəb olub, kişilərin həyatlarını işə həsr etmələri ilə xarakterizə olunur.[4]
Yaponiyada populyarlaşan digər bir termin "münasibətsiz cəmiyyət" terminidir. Bu termin kişilərin uzun iş saatlarından ailə münasibətləri üçün az vaxt qalması ilə xarakterizə olunur. Əslində isə kişilərin işdən sonra həm özlərinə, həm də ailələrinə vaxt ayırmaq üçün imkanları olur. Bu xüsusilə ikinci uşaq istəyən ailələrdə baş verir. Kişilərin ev işlərinə məhdud köməkləri qadınları ev işlərinin çoxu ilə məşğul olmağa məcbur edir.
2016-cı ildə Gender Bərabərsizliyi İndeksinə görə Yaponiya 188 ölkə arasında 21-ci yerdədir. GBİ 3 parametri nəzərə alır: reproduktiv sağlamlıq, əmək bazarı və hüquqlar.[5] İndeksə görə 0 tam bərbarliliyi, 1 isə tam bərabərsizliyi təmsil edir. Yaponiyanın indeks dəyəri 0,116 təşkil edir. GBİ Yaponiyanın bu sahədəki boşluqlarını təsdiq edir. Ölkə parlamentində qadın deputatlarının sayı azdır (digər Asiya ölkələri ilə müqayisədə): Yaponiya 51 ən inkişaf etmiş dövlətin arasında 4-cü ən pis göstəriciyə malikdir. İşçi qadınlara gəldikdə, Yaponiya 6-cı ən pis göstəriciyə sahibdir. Buna baxmayaraq Yaponiya erkən doğumların göstəricilərinə və ali təhsilə yönələn qadınların faiz göstəricisinə görə irəlidədir. Ümumilikdə, Yaponiya reproduktiv sağlamlıq və qadınların təhsil səviyyələrinə görə ən aşağı GBİ-ə malik ölkələr arasındadır.
Yaponiyada gender rolları Şərqi Asiya ölkələrinin dini və mədəni tarixi ilə sıx bağlıdır. Yaponiyanın populyar fəlsəfəsi konfutsiçiliyin rolu xüsusidir. Gənc yaşlardan yapon kişilərə peşəkar uğurun, ali təhsilin, ailəni şərəfləndirməyin əhəmiyyəti öyrədilirdi. Konfutsiçi ənənəyə görə qadınlar ancaq orta təhsil alır, bişirməyi, nəzakətli olmağı, uşaqların qayğısına qalmağı öyrənirdilər. Qadınların işlə məşğul olmasına ehtiyac duyulmurdu.
1900-cü ilə kimi Yaponiyada qadınların kollec dərəcəsi almasına icazə verilmirdi. Karyera ilə məşğul qadınlar daha sonra Yaponiyada aşağı düşən doğum statistikasının günahkarı hesab edilməyə başladılar. Qadınların cəmiyyətdəki rolu haqqında bəzi şeylər dəyişsə də, kişilərin ailə adını şərəfləndirməli və çörəkgətirən missiyaları daşımalı streotipi hələ də davam edir.
İş və əmək haqqı məsələlərində gender bərbarsizliyi məsələsi getdikcə ciddiləşir.[6] Yaponiyada qadınların 45,4 %-i bakalavr dərəcəsinə malik olsa da, ancaq 18,2 %-i işlə məşğuldur, onların isə sadəcə 2,1 %-i işverən qadınlardır.[6]
Bu statistikanın səbəbi üçün bir neçə nəzəriyyə ortaya atılıb. Bir fikrə görə buna səbəb Yaponiya cəmiyyətində ailənin əhəmiyyətidir.[7][8] Bu isə "kişi çörəkgətirən" modelini dəstəkləyir, çünki hökumətin vergi siyasəti və şirkət üstünlükləri qadınlarda olduğu kimi deyil (xüsusilə ailəli qadınlar üçün). 1,3 milyon yendən az qazanan cütlüklər üçün sağlamlıq və təqaüd qarantiyaları mövcuddur, bu isə hər iki tərəfin işləməsinə marağı azaldır.[9] Yaponiya şirkətləri kişi işçilərinə əlavə üstünlüklər verir. Bundan əlavə, üç nəsilli ailələr (babalar, valideynlər, uşaqlar) Yaponiyada hələ də geniş yayılmışdır. Buna görə də kişi bütün evi dolandırmaq üçün pul qazanmaqla, qadın isə böyüklərə və uşaqlara baxmaqla məşğul olmalı olur.
Qadın və kişilərin qazandırqları maaş arasında da fərqlər var. 2005-ci ilin statistikasına görə Yaponiyada bu fərq 32,8 % olsa da, 2017-ci ildə 25,7 %-ə enib. Bu, İƏİT ölkələri arasında 3-cü ən pis göstəricisidir. Ölkənin uzun iş saatları maaş fərqinin yaranması üçün mühitə zəmin yaradır, çünki qadın və kişilərin ödənişli və ödənişsiz iş saatları fərqlənir. Qadınlar gündə 5,5 saatlarını ödənişsiz ev işlərində keçirirlər, kişilərdə isə bu statistika cəmi 1 saatdır. Kişilər ev işləri ilə çox az məşğul olurlar.[10] Yuxarı mərtəbələrdə (CEO, menecer, siyasətçi və s.) işləyən qadınların sayı çox azdır. Yapon şirkətlərində direktorlar şurasının ancaq 3,4 %-ni qadınlar təşkil edirlər. Mütəxəssislərə görə qadınlara qarşı olan baryerləri aradan qaldırmaq üçün hökumət yeni siyasət yürütməlidir.[7][11]
2018-ci ildə bəzi tibbi təhsil müəssisələrinin (Tokio Tibb Universiteti, Cuntendo Universiteti, Kitasato Univeriteti) kişi tələbələrə üstünlük verərək kişilər və qadınlar üçün fərqli-fərqli keçid balları tətbiq etdiyi məlum olmuşdur.[12]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.