From Wikipedia, the free encyclopedia
Xəşəm (lat. Aspius aspius) — Xəzər dənizində bir növ və bir yarım növ şəklində mövcuddur. Əsas növ əsasən şimali Xəzərdə yaşayır və çoxalmaq üçün Volqa, Ural və Terek çaylarına girir. Yarım növ isə əsasən Xəzərin cənubunda yayılmışdır. Xəşəm keçici balıqdır, dənizdə yaşayır, cinsi yetişkənliyə çatdıqdan sonra (5–6 yaşında) çoxalmaq üçün oktyabrdan başlayaraq fevrala qədər (bəzən mart-aprelə qədər) əsasən Kür çayına, az miqdarda Qızılağac körfəzinə keçir. Kürü verməsi apreldə, suda temperatur 14 °C olduqda baş verir, kürülərini 0,5–1,5 m dərinlikdə xırda daşlar üzərinə tökür. Hər bir dişi balıq 46,8 mindən 342 min ədədədək kürü verir. Kürüdən çıxmış sürfələr bir müddət çayda qalır. Orada qidalanıb böyüyən balıq körpələri sonra dənizə miqrasiya edərək 30–40 m dərinlikdə yaşayır. Xəşəm yırtıcı balıqdır, artıq 6–9 sm uzunluğa çatmış körpələr başqa balıqların körpələri ilə qidalanır. Xəşəm az saylı balıq olduğu üçün Xəzər hövzəsində ikinci dərəcəli əhəmiyyəti olan balıq sayılır, lakin əti dadlı olduğundan yerli əhalinin çox sevdiyi balıqlardandır. Kür çayı axınının tənzim olunma sı ilə əlaqədar və digər antropogen təsirlər nəticəsində xəşəmin ehtiyatı xeyli azalmışdır və hal-hazırda illik ovu 0,25 tondan çox olmur. Mövcud bioloji şəraitdə xəşəmin ehtiyatının bərpası və artırılması ancaq süni yolla mümkündür. Xəşəmin ehtiyatını süni yolla artırmaq üçün Varvara balıq-artırma zavodunda Cənubi Xəzər xəşeminin süni artırılmasının biotexniki normativləri işlənib hazırlanmışdır. Bu da hər il milyonlarla balıq körpəsini dənizə buraxmağa imkan verir. Yüksək bioloji uyğunlaşma qabiliyyəti, sürətlə böyüməsi və keyfiyyətli ətə malik olması onu Xəzərdə qiymətli təsərrüfat əhəmiyyətli obyektə çevirib.[2]
Xəşəm | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Xəşəm |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Bədəni uzunsov, yanlardan basıqdır. Ağzı böyükdür və ucda yerləşir. Alt çənə nisbətən uzun, üzəri qabarcıqlı olub yuxarı istiqamət almışdır. Cinsi dimorfizm zəif inkişaf etmişdir. Uzunluğu orta hesabla 48.0 sm, kütləsi 2.0 kq olur. Azərbaycan sularında ovlanmış ən iri fərdlərinin uzunluğu 70 sm, kütləsi isə 6 kq olmuşdur.[3]
Keçici balıq olub, Xəzər dənizində yaşayır, çoxalmaq üçün buraya tökülən çaylara (Kür, Lənkərançay, Təngəruçay və s.) daxil olurlar. Su anbarlarında və Kürətrafı göllərdə şirin su populyasiyaları vardır. Ömrün uzunluğu orta hesabla 6–7 il olub, cinsi yetkinliyə 4–5 yaşlarında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd formasındadır.[4]
Xəzərin Azərbaycan sahillərində, buraya tökülən çaylarda, Kürətrafı göllərdə, Varvara, Mingəçevir, Şəmkir, Yenikənd və Naxçıvan su anbarlarında yayılmışdır.
Çoxalması kürüləmə yolu ilə gedir. Kürüsünü bir dəfəyə, çayların və su anbarlarının daşlı və çınqıllı sahələrində tökür. Kürüləməsi suyun temperaturu 10.00C-14.0 0C olduqda mart ayının əvvəllərindən aprel ayının sonlarına qədər davam edir. Reproduktivliyin forması kürü şəklində olur. Kürüsünü bir dəfəyə tökür.[5]Kürülərinin sayı 46.8 mindən 342.0 min ədədə qədər tökür. Reproduktivliyin periodu ildə bir dəfə hər il, generasiyaların sayı ömrün uzunluğundan asılı olaraq 3–4 dəfə və ya daha çox olur.
Xəşəmin (Aspius aspius) 2 yarımnövü vardır: Cənubi Xəzər xəşəmi (Aspius aspius taeniatus) və Aral xəşəmi (Aspius aspius ibloides). Azərbaycanda Aspius aspius növünün 1 yarım növü qırmızıdodaq həşəm (Aspius aspius taeniatus) yayılmışdır. Su hövzələrinin çirklənməsi, təbii kürüləmə yerlərinin sıradan çıxması, süni çoxaldılmanın aparılmaması, limitdən artıq ovlanma və digər antropogen amillər.
Yırtıcı balıq olduğundan iri fərdləri dənizdə, əsasən, xırda balıqlarla (xul və aterina), Kür çayında, Kürətrafı göllərdə və su anbarlarında balıq körpələri, xironomid sürfələri, mizidlərlə, xərçəngkimilərlə və digər onurğasız heyvanlarla qidalanırlar.[6]
Biomüxtəlifliyin bir kompanentidir. Yetkin fərdləri balıqlarla və digər onurğasız heyvanlarla qidalanır, özləri və körpələri isə digər yırtıcı balıqların, sürünənlərin, balıqyeyən quşların və məməlilərin qidasını təşkil edir.
Qiymətli vətəgə balığıdır. Digər vətəgə balıqlarını və onların körpələrini yeməklə müəyyən qədər ziyan verir.
Ovunun tənzim olunması barədə qanun qəbul edilmişdir, çoxalmaq üçün çaylara girən zaman ovu qadağan edilməlidir, su anbarlarında balıqların çoxalması vaxtı suyun səviyyəsinin kəskin dəyişilməsinə yol verilməməlidir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.