From Wikipedia, the free encyclopedia
Xəbər saytı, həmçinin internet-qəzet, onlayn qəzet və ya elektron qəzet — qəzetin onlayn versiyası. Bu, müstəqil nəşr və ya çap olunmuş dövri nəşrin onlayn versiyası ola bilər.
İnternetə keçmək qəzetlər üçün daha çox imkanlar yaratmışdır. Məsələn, onlar son xəbərləri daha tez təqdim etmək üçün yayım jurnalistikası ilə rəqabət aparırlar. Təməli yaxşı qurulmuş qəzetlərin etibarlılığı, güclü marka reklamı və onların reklamçılar ilə yaxın əlaqələri qəzet sənayesində fəaliyyətlərini davam etdirmək şanslarını gücləndirir.[1] Həmçinin çap prosesinin kənarlaşdırılması da xərcləri azaltmağa kömək edir. Xəbər müxbirləri bu sahədə video çəkməyi və internet xəbər səhifələrində lakonik şəkildə xəbər yazmağı öyrənirlər.[2]
Xəbər saytlarına çap qəzetlərində olduğu kimi böhtan, məxfilik və müəllif hüquqları ilə bağlı qanuni məhdudiyyətlər tətbiq edilir.[3] Bu, Birləşmiş Krallıq kimi əksər ölkələrdə onlayn nəşrlərə də şamil edilir. Həmçinin, Birləşmiş Krallıqda Məlumatların qorunması haqqında qanun onlayn qəzetlərə və xəbər səhifələrinə şamil olunur.[4]
"Yalnız onlayn" qəzet və ya jurnalın ilk nümunəsi 1974-cü ildə Brüs Parrello tərəfindən İllinoys Universitetində PLATO sistemində yaradılmış "(PLATO) News Report" onlayn qəzeti idi.[5] İnternetə çıxan ilk qəzet 1 iyul 1980-ci ildə "The Columbus Dispatch" olmuşdur.[6] 1987-ci ildən başlayaraq Braziliyanın "Jornaldodia" qəzeti dövlətə məxsus Embratel şəbəkəsində fəaliyyət göstərməyə başlamış və 1990-cı illərdə internetə keçmişdir. 1990-cı illərin sonlarında yüzlərlə ABŞ qəzeti onlayn versiyalarını dərc etməyə başlamışdı, lakin onlar bu dövrdə məhdud interaktivlik təklif edə bilirdilər.[7]
2014-cü ilə qədər PCC Birləşmiş Krallıqda dominantlıq əldə etmişdi, lakin orijinal onlayn qəzetlər, forumlar və bloqlar arasında aydın fərq qoyulmamışdı. 2007-ci ildə Birləşmiş Krallıqda fəaliyyət göstərən onlayn qəzetləri, audio xəbər və video xəbər saytlarının məsuliyyətlərini tənzimləmək, onlayn xəbər nəşrinin nə olduğunu dəqiqləşdirmək məqsədilə qərar qəbul edilmişdir.[8]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.