From Wikipedia, the free encyclopedia
Xorvat Zaqoryasının taxta oyuncaqları (xorv. Drvene igračke Hrvatskog zagorja) — ənənəvi xorvat uşaq oyuncaqları. 19-cu əsrdən bəri Xorvat Zaqoryası bölgəsində xalq sənətkarları tərəfindən hazırlanır. 2009-cu ildə Xorvat Zaqoryasında taxta oyuncaqları xalq sənətkarlığı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.[1]
Oyuncaq istehsalı Mariya Bistritsa və Qornya Stubitsaş şəhərlərinin ətrafındakı kəndlərdə başladı və hələ də davam edir. Bistriçki Laz, Stubiçki Laz, Qorniya Stubitsa, Mariya Bistritsa, Tuqonitsa və Turnişçe oyuncaqlar istehsalının əsas mərkəzləridir.[2] Tütək, treşotka (təkərli quş formasında oyuncaqlar), tambura, taxta heyvanlar (adətən atlar), fit, avtomobillər, yük maşınları, qatarlar, təyyarələr, kuklalar üçün uşaq mebelləri və s. kimi təxminən 50 oyuncaq modeli hazırlanır.[1]
Oyuncaqların xüsusiyyətlərindən biri onun əsasən kişilər tərəfindən əl ilə hazırlanması və qadınlar tərəfindən rəngləndirilməsidir. Hamısı əllə düzəldiyindən tamamilə eyni olan oyuncaqlar olmur.[3] Oyuncaqlar yerli ağaclar söyüd, ağcaqayın, fıstıq və cökədən hazırlanırlar.[1] Ağac kəsilir, qurudulur, doğranılır və taxta və ya karton qəliblərdən istifadə edilərək ərsəyə gətirilir. Oyuncaqlar ən çox qırmızı, mavi, ağ və qara rənglərdə olur. Onlar çiçək və xət formasında naxışlarla bəzədilir, İstehsal üsulları ailələrdə nəsildən-nəslə ötürülürdü və bu günə qədər qorunub saxlanılır.
Oyuncaqlar dini bayramlar zamanı yarmarkalar və Mariya Bistritsa şəhərinin ən böyük məbədində satılır. Oyuncaqları xüsusi mağazalarda əldə etmək olar, turistlər arasında onlar çox populyardır.[1] 1950-ci ildən oyuncaqlar ölkə xaricində də satılmağa başlandı.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.