![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/1f/DEM_PART%25C4%25B0_LOGOSU.png/640px-DEM_PART%25C4%25B0_LOGOSU.png&w=640&q=50)
Xalqların Bərabərlik və Demokratiya Partiyası
siyasi partiya / From Wikipedia, the free encyclopedia
Xalqların Bərabərlik və Demokratiya Partiyası və ya qısaca DEM Partiya (ilkin versiyası ilə HEDEP),[1] 2023-cü ilədək Yaşıllar və Sol Gələcək Partiyası — 25 noyabr 2012-ci ildə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Onun simvolu müdrik ağac, günəş və insan surətindən ibarətdir.[2][3] Onun həmsədrləri Tuncər Bakırhan və Tülay Hatimoğulları Orucdur.
Xalqların Bərabərlik və Demokratiya Partiyası | |
---|---|
![]() | |
Sədri |
Tülay Hatimoğulları Oruç Tuncer Bakırhan |
Quruluş tarixi | 25 noyabr 2012 |
Baş qərargah | |
İdeologiya |
Azlıqların hüquqları Desentralizasiya Regionçuluq Eco sosializm Feminizm Anti-Kapitalizm Antiimperializm Antimilitarizm |
İdeoloji spektr | solçuluq |
TBMM-də |
57 / 600 |
Şəhər və il bələdiyyələri |
10 / 81 |
İlçə bələdiyyələri |
65 / 922 |
Bəldə bələdiyyələri |
0 / 387 |
Şəhər məclislərində |
0 / 2.591 |
İlçə məclislərində |
0 / 1.251 |
Bələdiyyə məclislərində |
0 / 20.498 |
Saytı | demparti.org.tr |
![]() |
Xalqların Bərabərlik və Demokratiya Partiyası 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının Yaşıllar və Sol Gələcək Partiyası adı altında birləşməsi nəticəsində qurulan siyasi partiyadır. Partiya özünü yaşıl siyasətə əsaslanan və "sol libertarian" ideyaları qəbul edən siyasi partiya kimi təqdim edir.
Partiya 2014-cü ildə Türkiyə prezident seçkilərində Səlahəddin Dəmirtaşı, 2015-ci ilin iyununda keçirilən parıament seçkilərində isə Xalqların Demokratik Partiyasını dəstəkləmişdir.[4]