Azlıqların hüquqları
azlıq qruplarının üzvlərinin hüquqları / From Wikipedia, the free encyclopedia
Azlıqların hüquqları — irqi, etnik, sinif, dini, dil, gender və ya cinsi azlıqların üzvlərinə aid edilən fərdi hüquqlardır; bura o cümlədən hər hansı bir azlığa verilən kollektiv hüquqlar da daxildir. Azlıqların hüquqları eyni zamanda hər hansı bir çoxluğa daxil olmayan hər kəsin fərdi hüquqlarına da şamil edilə bilər.
Vətəndaş hüquqları hərəkatları tez-tez hər hansı azlığa üzvlük səbəbindən fərdi hüquqların inkar edilməməsini təmin etməyə çalışırlar. Bu cür vətəndaş hüquqları müdafiəçiləri arasında qlobal qadın hüquqları və qlobal LGBT hüquqları hərəkatları və dünyadakı müxtəlif irqi azlıqların hüquqları üzrə hərəkatlar (ABŞ-dakı Vətəndaş Hüquqları Hərəkatı) yer alır.
Əsas insan hüquqlarının pozulması milli demokratik dövlətlərdə dözülməz qəbul edilir. Bununla belə, bir milli dövlətin milliyətçilik prinsiplərinin azlıqların təməl insan hüquqlarına münasibətdə təzyiqlərə və ayrı-seçkiliyə səbəb ola biləcəyi iddia edilir. Vətəndaşlarına qarşı ayrı-seçkilik tədbirləri tətbiq edən millətçiliyin ilk arqumenti fransız millətçiliyi nümunəsi ilə göstərilə bilər. Fransa demokratik dünyəvi dövlət kimi qəbul edilir; fransız millətçiliyi prinsipi bərabərliyi və qadın hüquqları ideologiyasını tətbiq edir.
Müsəlmanlarla bağlı qadağa millətçilik prinsiplərinin insanın əsas seçim azadlığı hüququna tətbiq edilə biləcəyini göstərir. Konkret olaraq, qərb yarımkürəsindəki azlıq qrupları üçün şəxsin dini geyim seçimində fransız müsəlman qadınlara qarşı daha aydın şəkildə bu büruzə verir. 2010–1192-ci il aktı fransız millətçiliyində qadın hüquqlarının müdafiəsinə nümunədir, lakin qadının seçim azadlığına müdaxilədir.[1]
Azlıqların hüquqları ilə bağlı məsələlər tarixi ədalətin bərpası[2] və ya pozitiv diskriminasiya[3] ilə əlaqəli mübahisələrlə kəsişə bilər.