From Wikipedia, the free encyclopedia
XIV Karl (norv. Karl Johan; 26 yanvar 1763[1][2][…], Po, Fransa krallığı[1] – 8 mart 1844[1][3][…], Stokholm kral sarayı[d], İsveç[1]) — fransız əsilli İsveç-Norveç kralı. Bernadotlar sülaləsinin əsasını qoymuşdur.
XIV Karl İohann | |
---|---|
Karl Johan | |
| |
İsveç-Norveç kralı | |
1818 – 1844 | |
Əvvəlki | XIII Karl |
Sonrakı | I Oskar |
1806 – 1810 | |
Sonrakı | Lüsien Mürat |
Şəxsi məlumatlar | |
Doğum adı | Jean Bernadotte |
Doğum tarixi | |
Doğum yeri | Pau, Fransa |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | Stokholm |
Vəfat səbəbi | insult |
Dəfn yeri | Riddarholm kilsəsi |
Fəaliyyəti | monarx, hərbi qulluqçu, siyasətçi |
Atası | Henri Bernadot |
Anası | Jan de sen Vinsent |
Həyat yoldaşı | Dezire Klari |
Uşağı | I Oskar |
Ailəsi | Bernadotlar sülaləsi |
Dini | Katolik, daha sonra Lüteranizm |
Hərbi xidmət | |
Xidmət illəri | 2 iyul 1799 – 14 sentyabr 1799 |
Mənsubiyyəti | Fransa |
Qoşun növü | Fransa Silahlı Qüvvələri |
Döyüşlər | Teiningen döyüşü, Austerlitz döyüşü, Vaqram döyüşü |
Rütbəsi | Marşal |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Əsl adı Jan Bernadot[4] olan Karl 26 yanvar 1763-cü ildə Fransanın Pau şəhərində anadan oldu. Atası Jan Henri Bernadot (1711-1780) dövlət ittihamçısı idi. Jüls adını daha sonra özünə Yuli Sezarın şərəfinə almışdı.[5]
1780-ci ildə Fransız ordusuna qoşuldu. İlk illərində Korsikada xidmətdə idi.[5] 1794-cü ildə briqadir, Fleryus döyüşündən sonra isə general rütbəsi aldı.[5] Bundan sonra Teiningen döyüşündə fərqlənən Bernadot 1798-ci ildə Vyanaya səfir təyin olundu. Fransız imperiyası yaradılarkən İmperiya Marşalları qrupuna daxil idi. 1802-ci ildə Napoleon onu Luiziana qubernatoru təyin etməyi düşünürdü. Lakin Britaniyanın Fransaya müharibə elan etməsi bu planlara mane oldu.[6] 1804-cü ildən 1805-ci ilədək imperiyanın Hannover qubernatoru oldu. 1805-ci ildə Austerlitz döyüşündəki müvəffəqiyyətinə görə 5 iyun 1806-cı ildə Pontekorvo knyazı titulu verildi.[5] 1808-ci ildə Hanza şəhərlərinə qubernator təyin edilərkən İsveçin işğalı ona tapşırılmışdı. Vaqram döyüşündə itaətsizlik etdiyi üçün vəzifəsi də əlindən alınmışdı.[5]
Napoleon müharibələri zamanı İsveçdə məşhurlaşan Bernadot Roma qubernatoru olan vaxt İsveç kralı XIII Karlın onu oğulluğa götürməsi xəbərini eşitdi.[5] Karl Otto Mörner adlı bir əyan onun namizədliyini irəli sürmüşdü. XIII Karlın 61 yaşı var idi, övladı yox idi və Holşteyn-Qottorp sülaləsinin İsveç qolu onunla birlikdə ölürdü. Karl, daha öncə öz uzaq qohumu Karl Avqustu oğulluğa götürsə də, gənc yaşda vəfat etmişdi. Bernadotun şahzadə seçilməsindəki əsas faktor Rusiyaya qarşı İsveç ordusuna başçılıq edə biləcək birinin gəlməsi idi.[5] Napoleon bu qərarı absurd sayırdı, lakin qarşısını da almadı. 21 avqust 1810-cu ildə Bernadot rəsmən vəliəhd kimi qəbul edildi.
2 noyabrda Stokholma gələn Bernadot ayın 5-i rəsmən Karl Yohan adını qəbul edərək vəliəhdlik mərasimində iştirak etdi. Həmçinin Lüteranizmi də qəbul etdi.[7] 1813-cü ildə Fransanın düşmənləri olan VI Koalisiya ilə birləşərək Fransanı ağır məğlubiyyətə uğratdı. 1813-cü ildə Danimarka-Norveçi məğlub edərək Norveçi İsveçə birləşdirdi. Lakin Norveç xalqı üsyan edərək Danimarka şahzadəsi Kristianı taxta gətirdilər. Birillik müharibədə norveçliləri məğlub edən Karl İohann norveçlilərlə sülh bağladı və Norveç konstitusiyasını qəbul etdi.
Karl İohann 5 fevral 1818-ci ildə III Karl İohann adı ilə Norveçdə, XIV Karl İohann adı ilə İsveçdə kral elan edildi. Hakimiyyəti dövründə avtoritar siyasət yürüdən Karl, azad medianın qarşısını alırdı. Buna görə 1823-cü ildən sonra populyarlığı azaldı. 18 fevral 1843-cü ildə gümüş yubileyini qeyd etdi.
26 yanvar 1844-cü ildə, 81 yaşında insulta tutuldu. Daha sonra özünə gəlsə də, 8 mart 1844-cü ildə vəfat etdi.
16 avqust 1798-ci ildə Napoleonun ilk nişanlısı Dezire Klari ilə evlənmişdi.
Oskar Bernadot — İsveç kralı (1844-1859)
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.