From Wikipedia, the free encyclopedia
Kənd Təsərrüfatı Tədqiqat Təşkilatı – Volkani Mərkəzi (ivr. מנהל המחקר החקלאי - מרכז וולקני) — İsrailin kənd təsərrüfatı üzrə əsas tədqiqat və inkişaf təşkilatı. Qurucusu İtsak Elazari Volkaninin adını daşıyır.
Volkani Mərkəzi | |
---|---|
Fəaliyyəti | kənd təsərrüfatı tədqiqatları |
Yaranma tarixi | 1921 |
Mərkəzi | |
Yarandığı yer | Ben Şemen |
agri.gov.il/he/home/defa… | |
Vikianbarda əlaqəli mediafayllar |
Volkani Mərkəzi 1921-ci ildə Ben Şemen fermasında İtsak Elazari Volkani tərəfindən tədqiqat stansiyası kimi yaradılmışdır. O, 1951-ci ilə qədər təşkilata rəhbərlik etmişdir. 1932-ci ildə təşkilatın laboratoriyaları və ofisləri Tel-Əviv şəhərinə köçürülmüşdür. 1932-ci ildə təşkilatın baş qərargahı Rehovot şəhərinə köçmüşdür. 1942-ci ildə təşkilat tərəfindən yaradılmış institut kənd təsərrüfatı üzrə dərslər keçirməyə başlamışdır.[1]
Təşkilatın mərkəzi kampusu Rişon-le-Sion şəhərində yerləşir və İsrail Kənd Təsərrüfatı Nazirliyinə ev sahibliyi edir. Təşkilat bir neçə institutu özündə birləşdirir: Aqro-Nanotexnologiya Mərkəzi; Botanika İnstitutu; Zoologiya İnstitutu; Su, Torpaq və Ətraf Mühit İnstitutu; Aqromühəndislik İnstitutu; Gilat Tədqiqat Mərkəzi; Neve Yaar Tədqiqat Mərkəzi.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.