From Wikipedia, the free encyclopedia
Vilhelm Cozef Burger (alm. Wilhelm Joseph Burger; 15 mart 1844[1], Vyana[1] – 7 mart 1920[1] və ya 10 mart 1920[2], Vyana[1]) – Avstriya fotoqrafı.
Vilhelm Burger 1844-cü ildə Vyanada orta sinif bir ailədə doğulmuşdur.[3] Klassik təhsil alsa da, incəsənətə böyük maraq göstərmişdir.[3] 1855–60-cı illərdə Vyanada Təsviri İncəsənət Akademiyasında təhsil almışdır.[3] Təhsilini davam etdirmək üçün Münhenə köçmüş və dayısının təsiri ilə fotoqrafiyaya maraq göstərmişdir.[3] 1863-cü ildə Vyanaya qayıdaraq Vyana Universitetində fotoqrafiya təhsili almışdır.[3] 1868-ci ilə qədər mühazirələr vermiş və məqalələr yazmışdır.[3]
Burgerin fotoqrafiya bacarıqları sarayın diqqətini çəkmiş və o, 1868-ci ildə Avstriya-Macarıstan tərəfindən Yaponiya, Çin və Siamla əlaqələri gücləndirmək üçün göndərilmiş Uzaq Şərq missiyasının fotoqrafı təyin edilmişdir.[3] Burger Uzaq Şərqdə bir çox mənzərə və portret fotosu çəkmişdir.[3] 1870-ci ilin martında Avstriyaya qayıtmış və saray fotoqrafı olmuşdur.[3] 1872-ci ildə Avstriya-Macarıstanın Arktika ekspedisiyasının, daha sonra isə Kiçik Asiya ekspedisiyalarının fotoqrafı təyin edilmişdir.[3] Burger yeni texnikalar yoxlamış və bacarıqlarını təkmilləşdirməyə çalışmışdır. 1920-ci ildə ölmüşdür.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.