From Wikipedia, the free encyclopedia
Viktor Mihali Orban (mac. Viktor Mihály Orbán, 31 may 1963[1][2], Sekeşfexervar, Macarıstan Xalq Respublikası) — Macar dövlət xadimi, Macarıstanın indiki Baş naziri[4].
Viktor Orban | |
---|---|
mac. Orbán Viktor | |
Vəzifədədir | |
29 may 2010-cu ildən | |
Sonrakı | Qordon Baynayi |
6 iyul 1998 – 27 may 2002 | |
Əvvəlki | Dyula Horn |
Sonrakı | Piter Medyeşi |
Şəxsi məlumatlar | |
Doğum adı | Orbán Viktor Mihály |
Doğum tarixi | 31 may 1963[1][2] (61 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | hüquqşünas, futbolçu, vəkil, siyasətçi |
Uşaqları | 5 |
Dini | Kalvinizm[3] |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət, hüquq |
|
|
Təltifləri |
|
miniszterelnok.hu miniszterelnok.hu/en | |
Vikianbarda əlaqəli mediafayllar |
Viktor Orban 31 may 1963-cü ildə Budapeştin cənubunda yerləşən Sekeşfexervar şəhərində orta təbəqəli bir ailədə dünyaya gəlmişdir. Atası kənd təsərrüfatı mühəndisi, anası isə terapevt olmuşdur.
1981-ci ildə Sekeşfexervar şəhərində Blanka Teleki Liseyində orta təhsilini tamamladıqdan sonra 2 il hərbi xidmətdə olur. Xidmətdən qayıtdıqdan sonra Budapeşt Eötvöş Lorand Universitetinin hüquq fakültəsinə daxil olan Viktor 1987-ci ildə Doktorluk dissertasiyasını müdafiə edərək Macarıstan Kənd Təsərrüfatı Nazirliyində sosioloq kimi fəaliyyətə başlayır. 1989-cu ildə Oksford Universiteti nəzdində fəaliyyət göstərən Pimbrok Kollecinə politologiya təhsili almaq üçün müraciət edir. Müraciəti müsbət nəticələnir və Açıq Cəmiyyət İnstutunun təqaüdü ilə təhsilini burada davam etdirir.
1988-ci ilin mart ayının 30-da yaradılan FİDES partiyasının qurucularından biri də Viktor Orban idi. Siyasi karyerasına da məhz partiyanın mətbuat katibi olaraq başlayır. 1989-cu ildə İmre Nad rəhbərliyində həyata keçən 1956-cı il inqilabı haqqında söylədiyi nitqdə Sovet birliklərindən açıq şəkildə Macarıstanı tərk etmələrini tələb edir. Bu nitq Viktor Orbanın siyasətçi kimi dünya miqyasında tanınmasına səbəb olur. 1989-cu ildə Macarıstan Xalq Cumhuriyyətinin ləğvindən sonra keçirilən 1990-cı il seçkilərində Pest şəhərinin millətvəkili seçilərək Macarıstan Parlamentinə daxil olur. 1993-cü ilə qədər FİDESin parlamentdəki qrupuna rəhbərlik edir, lakin partiya daxilində fikir ayrılıqları nəticəsində Piter Molnar, Qabor Fodor, Suzanna Seleni kimi şəxslər FİDES-dən ayrılıb Liberal partiyasına qoşulurlar. 1994-cü il seçkilərində FİDES partiyası bu səbəbdən az səs toplayır. 1994–1998-ci illər ərzində Avropa İnteqrasiya İşləri Komitəsinin sədri vəzifəsində çalışır. 1992-ci ildə Orban Liberal İnternational-ın sədri seçilir, lakin 2000-ci ildə buradan ayrılaraq Avropa Xalq Partiyasına qoşulur.
1998-ci ildə baş tutan növbəti seçkilər FİDES partiyasının parlamentdə üstünlüyü əldə etməsi və Viktor Orbanın Baş nazir seçilməsi ilə nəticələnir. Orban hökuməti əsas diqqətini işsizliyin azaldılmasına, iqtisadi inkişaf tempinin artırılmasına, dövlət büdcəsi kəsirinin ləğv edilməsinə yönəldir. Baş nazir olaraq, Orban əvvəlki hökumətlər ilə heç bir əlaqəsi olmayan bir sıra gənc nazirləri vəzifəyə təyin edir. Bundan başqa Macarıstanı azad bazar iqtisadiyyatına yönəldən tədbirlər həyata keçirir. Nəticədə Orban hökuməti işsizliyi 9%-dən 6%-ə qədər endirə bilir. İqtisadiyyat ildə 4% artır. İnflasiya 16%-dən 7%-ə qədər azalır. Bundan başqa Orban hökuməti universitetlərdə pulsuz təhsil sistemini tətbiq edir[5]. 2002-ci ildə keçirilən seçkilərdə Sosialist Partiyası qələbə çalır. Bu hadisəylə Viktor Orbanın ilk Baş nazirlik dönəmi sona çatır. Qısa müddət sonra Orban Avropa Xalq Partiyasının vitse prezidenti seçilir. 1999-cu ildə FİDES-dən ayrılan Orban 2003-cü ildə yenidən partiyanın rəhbəri olur və onun partiyası 2006-cı il seçkilərində də məğlubiyyətlə üzləşirlər.
2010-cu ilin aprel ayında keçirilən seçkilərdə FİDES qələbə çalır və Orban ikinci dəfə Baş nazir seçilir. Orban hökumətinin ilk addımlarından biri 1 yanvar 2012-ci ildə yeni konstutsiyanın qəbul edilməsi olur[6]. Yeni konstutsiyaya əsasən "Macarıstan Cümhuriyyəti" adı dəyişdirilərək "Macarıstan" oldu. Bundan başqa parlamentdə deputat sayı azaldıldı. Xaricdə yaşayan macarlara seçkilərdə iştirak etmək hüququ verildi. İlk dəfə konstutsiyada dinlə bağlı dəyişiklik edildi. Ölkədə xəbər saytlarına, televiziya və radioya nəzarət edən qurum yaradıldı. Qurumun rəhbərlərini yalnız Orban tərəfindən seçilə bilərdi. Yeni konstutsiyaya əsasən Konstutsiya məhkəməsinin səlahiyyətləri azaldıldı[7]. 14 sentyabr 2010-cu ildə Viktor Orban Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan dövlət və hökumət başçılarının dördtərəfli görüşündə iştirak etmək üçün Azərbaycana səfər edir[8]. 2014-cü ilin aprel ayının 6-da keçirilən seçkilərdə FIDES partiyası yenidən qalib gəlir[9]. Viktor Orban isə günümüzdə Baş nazir vəzifəsini davam etdirməktədir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.