Vikipediya:Huggle
From Wikipedia, the free encyclopedia
Dəstək və inkişaf etdirmə söhbəti #huggle qoşul üzərində mövcuddur.
Huggle | |
---|---|
| |
Tipi | brauzer |
Müəllif |
Gurch Vikipediya istifadəçiləri |
Repozitoriya | github.com/huggle/huggle… |
Proqramlaşdırma dili | C++ |
Əməliyyat sistemi | Windows, Linux, Mac OS |
İnterfeysin dili | C++, Python |
Sonuncu versiya | 3.4.12 |
Status | stabil |
Lisenziya | GNU GPL |
Sayt |
en.wikipedia.org/wiki/WP… meta.wikimedia.org/wiki/… |
Vikianbarda əlaqəli mediafayllar |
|
|
Xəbərdarlıq: Huggle istifadə edərkən etdiyiniz hər bir əməliyyata görə məsuliyyəti qəbul etmiş olursunuz. Vikipediya prinsiplərini başa düşməli və tətbiqi prinsiplər daxilində istifadə etməlisiz. Əks halda tətbiqə girişiniz və dəyişiklik etməniz əngəllənə bilər. |
Əgər Huggle haqqında müzakirə aparmaq istəyirsinizsə, e-mail ünvanını və ya fidbək səhifəsindən istifadə edərək problemlerinizi və təkliflərinizi bildirə bilərsiniz. |
Huggle C++ proqramlaşdırma dili ilə yazılmış və istifadəçilərin Vikimedia layihələri üzərində aparılan dəyişikliklərə sürətlə nəzərdən keçirməsini təmin edərək vandalizm ilə mübarizə aparmaq üçün nəzərdə tutulmuş proqramdır. Bu proqram əslində ilk zamanlarda Vikimedia layihələrində uzun müddət aktiv olmayan Gurch tərəfindən .NET ilə yaradılmışdır. Hərkəs Huggle yükləyə bilər, amma ancaq izin almış istifadəçilər ondan istifadə edə bilərlər.
Huggle Vikipediyadakı dəyişiklikləri yükləyib yoxlayaraq istifadəçilərə vandal redaktələri asan şəkildə geri almasına kömək edir. Edilən redaktələrin zərərli olub-olmamasını yoxlamaq üçün müxtəlif mexanizmlərdən istifadə edir.
Huggle həmçinin öz-özünə yaratdığı bir sıra mexanizmlə qlobal ağ siyahı (vandal olmadıqları düşünülən istifadəçilər) və vandal istifadəçilər siyahısı yaradır.
Huggle-nı istifadə etməzdən qabaq yaradıcılar tərəfindən yazılan və Huggle-ın verilənləri necə topladığı və idarə etdiyi ilə əlaqədar məlumat verən gizliklik səhifəsini oxumanız məsləhət görülür.