Vikipediya:Bloklama qaydaları
From Wikipedia, the free encyclopedia
Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
- Səsvermə müddəti: 6 iyun — 21 iyun 2023-cü il.
- Qüvvədədir: 24 iyun 2023-cü il tarixdən.
|
Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu bütün vikipediyaçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə bu dəyişikliklərin Vikipediyaçılar tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa, səhifənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin. |
Bloklama Vikipediya inzibatçılarının istifadəçiləri texniki olaraq redaktə hüququndan məhrum etməsi deməkdir. Blok istifadəçi hesablarına, İP ünvanlarına və İP ünvanlarının diapazonlarına müddətli və ya müddətsiz, bütün və ya səhifələrin bir hissəsinə tətbiq oluna bilər. Bloklanmış istifadəçilər Vikipediyaya daxil olmağa davam edə bilər, lakin bloklandıqları hər hansı səhifəni redaktə edə bilməzlər (o cümlədən, lazım olduqda, öz istifadəçi səhifələri). Əksər hallarda bütün səhifələrdən bloklanmış istifadəçi yalnız öz müzakirə səhifəsini redaktə edə bilir.
Bloklar istifadəçiləri cəzalandırmaq üçün deyil, pozuculuq fəaliyyətinin qarşısını almaq üçün istifadə olunur. İstənilən istifadəçi pozulma barədə məlumat verə və inzibatçılardan pozucu hesabı və ya IP ünvanını bloklamaq barədə məlumat verə bilər.
Əgər istifadəçilər blokun düzgün tətbiq olunmadığına inanırlarsa, onlar həmin blokun nəzərdən keçirilməsi üçün digər inzibatçılara müraciət edə bilərlər. İnzibatçılar blokun əsassız olduğunu və ya artıq uyğun olmadığını hiss etdikdə istifadəçini blokdan çıxara bilərlər.