Vikipediya:Ana Səhifə:Xəbərlər/41. Həftə 2016
From Wikipedia, the free encyclopedia
Son ölümlər:
Şimon Peres, Bahman Golbarnezhad, Tarık Akan, İslam Kərimov, Oqtay Zülfüqarov, Joao Avelanj, Seymur Peypert, Fazil İsgəndər
![Xuan Manuel Santos](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/37/Juan_Manuel_Santos_and_Lula_%28cropped%29.jpg/640px-Juan_Manuel_Santos_and_Lula_%28cropped%29.jpg)
- Kolumbiya prezidenti Xuan Manuel Santos (şəkildə) ölkədə 62 ilə yaxın davam edən vətəndaş müharibəsini yekunlaşdırılması üçün gördüyü işlərə görə 2016-cı ildə Nobel sülh mükafatını qazanıb.
- Tailand kralı Bhumibol Adulyadey 70 illik hakimiyyətinin ardından 88 yaşında paytaxt Banqkokda vəfat edib.
- Azərbaycan millisi Olimpiya Stadionunda keçirilən oyunda Norveç millisini 1-0 hesabı ilə məğlub edib.
- 266-cı Roma Papası Fransisk Qafqaza səfəri çərcivəsində Azərbaycana rəsmi səfər edib.
- İŞİD sıralarında döyüşən sabiq Azərbaycan güləşçisi Çamsulvara Çamsulvarayev İraqın Mosul şəhərində öldürülüb.
- Mərkəzi Seçki Komissiyasının məlumatına görə 26 sentyabrda keçirilən referendumda seçici fəallığı 69,7 faiz olub.