From Wikipedia, the free encyclopedia
Bhumibol Adulyadey (tay ภูมิพลอดุลยเดช; 5 dekabr 1927[1][2][…] – 13 oktyabr 2016[1][2][…]) — 1950-2016-cı illərdə Tailand kralı.
Bhumibol Adulyadey | |
---|---|
tay ภูมิพลอดุลยเดช | |
5 may 1950 – 13 oktyabr 2016 | |
Əvvəlki | Ananda Mahidon |
Sonrakı | Maha Vaçiralonqkorn |
Şəxsi məlumatlar | |
Doğum adı |
Bhumibala Aduladeja ภูมิพลอดุลเดช |
Doğum tarixi | |
Doğum yeri | Massaçusets, ABŞ |
Vəfat tarixi | (88 yaşında) |
Vəfat yeri | Banqkok, Tailand |
Vəfat səbəbi | ağciyər iltihabı |
Təhsili |
|
Fəaliyyəti | dövlət xadimi, siyasətçi, mühəndis, saksofonçu[d], bəstəkar, cazmen, monarx, zabit, yazıçı, rəssam, müəllim, ətraf mühit fəalı, sosial işçi, fotoqraf |
Uşaqları | 4 (Maha Vaçiralonqkorn daxil olmaqla) |
Dini | Buddist |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bhumibol Adulyadey 5 dekabr 1927-ci ildə ABŞ-də anadan olub. Çakri sülaləsindəndir.[3] 9 iyun 1946 ildə taxta çıxan Bhumibol Adulyadey bütün Tailand xalqı tərəfindən çox səvilir və inanılmaz hörmət duyulur. Tacgüzarlığı dövründə xalq ona "Böyük" (tay มหาราช, Maharaja) ləqəbini verdi.[4] Tailand xalqı onu özlərinə həm kral, həm də ruhani bir lider olaraq görür. Xalqın onu bu qədər sevməsinin digər bir səbəbi isə bütün ölkəni gəzib, xalqa danışaraq o bölgəyə bir rifah gətirməsidir.
Bhumibol Adulyadey musiqi ilə məşğul olur. 30-dan artıq caz musiqisi bəstələyib. Benni Qoodman, Cek Tearqarden kimi əfsanə cazcılar ilə eyni səhnədə saksofon çalacaq qədər usta bir musiqiçidir.
Bhumibol Adulyadey yaxşı bir fotoqraf kimi ölkədə ad çıxarıb.[5]
Bhumibol Adulyadey ixtiraları ilə dünya miqyasında tanınıb və patentləri var. Ən məşhur patenti süni buluddur.
Bhumibol Adulyadey siyasəti sevmir və dövləti xüsusi müşavirləri vasitəsilə idarə edir.
Bhumibol Adulyadeyin portret və fotolorı ölkəni başdan ayağa bürüyüb. Bir isveçrəli turist onun divara yapışdırılmış portretinə saqqal çəkdiyinə görə 15 il həbs cəzası alıb.
O, ölkədə taxtda əyləşmiş ən uzun ömürlü kraldır. Ömrünün sonuna qədər kral taxtında olan Bhumibol 70 il kral olmuşdur. Hakimiyyəti dövründə bir neçə dəfə üsyan və qiyam baş vermiş, hamısını özü birbaşa danışıqlar apararaq yatırmışdır.
1990-cı illərdə Taylandın demokratikləşdirilməsində kralın çox böyük rolu olub.
O, 2006-cı ildə baş nazir Taksin Çinavatın hökumətini devirmiş hərbi xuntanı devirmişdi. 2014-cü ilin mayında hərbi çevrilişdən sonra kral general Prayut Çan-Oçu Milli Sülh və Asayiş Şurasının sədri təyin etmişdi.
Bhumibol Adulyadey ABŞ-də anadan olduğundan yeganə monarxdır ki, bu ölkənin vətəndaşlığını birbaşa ala bilər.
2005-ci ildə Tailandda baş verən sel fəlakətində kral selin bol məhsullu çəltik tarlalarını zərərə uğradacağını görmüş və selin su yollarının yönünü dəyişdirib, ölkəni çox böyük bir zərərdən qurtarmışdır.
Dünyanın ən varlı ölkə başçıları arasında siyahıda ikinci yeri 30 milyard dollar sərvəti olan Tayland kralı Bhumibol Adulyadey tutur.
Bhumibol Adulyadeyin təvəllüd günü Tailandın milli bayramıdır. Səhhətində yaranan problemlərə görə, Banqokda Sirirat xəstəxanasına yerləşdirilən kral 13 oktyabr 2016-cı ildə vəfat etmişdir.[6]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.