Azərbaycan milli futbol komandası
From Wikipedia, the free encyclopedia
Azərbaycan milli futbol komandası — Azərbaycanı beynəlxalq futbol arenasında təmsil edir və AFFA tərəfindən idarə olunur. Azərbaycan milli futbol komandası əsasən iki peşəkar futbol turnirində iştirak etmək üçün mübarizə aparır: FİFA Dünya Kuboku və UEFA Avropa Çempionatı. Azərbaycan futbol komandasının ev oyunlarının əksəriyyəti Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir.
Cəld faktlar Ləqəbi, Assosiasiya ...
Ləqəbi | Milli | |||
---|---|---|---|---|
Assosiasiya | AFFA | |||
Konfederasiya | UEFA | |||
Baş məşqçi | Namizəddir | |||
Köməkçi məşqçi | Arif Əsədov | |||
Kapitan | Emin Mahmudov | |||
Ən çox oyun keçirən | Rəşad Sadıqov (111) | |||
Ən çox qol vuran | Qurban Qurbanov (14) | |||
Stadion | Tofiq Bəhramov adına Respublika Stadionu Bakcell Arena Bakı Olimpiya Stadionu Dalğa Arena | |||
FİFA kodu | AZE | |||
FİFA reytinqi | 129 ▼ 8 (1 aprel 2022) | |||
Ən yüksək FİFA reytinqi | 73 (iyul 2014) | |||
Ən aşağı FİFA reytinqi | 170 (iyun 1994) | |||
| ||||
İlk beynəlxalq oyunu | ||||
Gürcüstan 6-3 Azərbaycan (Gürcaani, Gürcüstan; 17 sentyabr 1992)[1] | ||||
Ən böyükhesablı qələbəsi | ||||
Azərbaycan 4-0 Lixtenşteyn (Bakı, Azərbaycan; 5 iyun 1999)[2] Azərbaycan 5-1 San-Marino (Bakı, Azərbaycan; 4 sentyabr 2017)[2] | ||||
Ən böyükhesablı məğlubiyyəti | ||||
Fransa 10-0 Azərbaycan (Oser, Fransa; 6 sentyabr 1995)[3] |
Bağla
Azərbaycan heç vaxt FİFA Dünya Kuboku və UEFA Avropa Çempionatında seçmə mərhələni keçməyib.[4] Azərbaycan milli futbol komandasının tarixində ən çox oyun keçirən Rəşad Sadıqovdur. O, 111 oyunda 5 qol vurub.[5] Azərbaycan milli futbol komandasının tarixində ən çox qol vuran oyunçu — Qurban Qurbanovdur. O, 68 oyunda 14 qol vurub.[6]