Vikipediya:Üç dəfə geri qaytarmaq qaydası
From Wikipedia, the free encyclopedia
Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
- Səsvermə müddəti: 25 avqust 2020-ci il — 9 sentyabr 2020-ci il.
- Qüvvədədir: 9 sentyabr 2020-ci ildən.
Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu bütün vikipediyaçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə bu dəyişikliklərin Vikipediyaçılar tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa, səhifənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin. |
|
Üç dəfə geri qaytarmaq qaydası (3GQ) Vikipediyanın bütün istifadəçilərinin mütləq şəkildə riayət etməli olduqları qaydadır. Bu, redaktə müharibəsinin qarşısını almağa xidmət edir.
24 saat ərzində bir istifadəçiyə eyni bir səhifədə olunan düzəlişləri tam, yaxud bir hissəsinin ən azı üç dəfə geri qaytarmasına icazə verilmir
Düzəlişin geri qaytarılması dedikdə bütün digər istifadəçinin istənilən fəaliyyətinin ləğv olunması başa düşülür.
Bu qaydanı pozan istifadəçi birinci dəfə 24 saat müddətində, bunu davamlı şəkildə təkrarladıqda isə daha uzun müddətə bloklana bilər.