Vaşinqton Delaveri keçir
From Wikipedia, the free encyclopedia
"Vaşinqton Delaveri keçir" (ing. Washington Crossing the Delaware) — alman əsilli amerikalı rəssam Emanuel Qottlib Loytz tərəfindən 1851-ci ildə yağlı boya ilə çəkilmiş rəsm əsəri. Bu rəsmdə ABŞ İstiqlal müharibəsi gedişində general Corc Vaşinqtonun 1776-cı il 25-26 dekabr tarixində Delaver çayını keçmə səhnəsi təsvir olunmuşdur. Rəsmdə təsvir olunmuş səhnə Nyu Cersidə Trentonda məskunlaşmış Hessian ordusuna qarşı gözlənilməz hücumla nəticələnəcək ilk addım idi. Hessian ordusu ABŞ İstiqlal müharibəsi zamanı Böyük Britaniya tərəfindən iştirak edən Almaniyanın Hessen vilayətindən olan muzdlu döyüşçülərdən ibarət dəstə idi.
Vaşinqton Delaveri keçir | ||
---|---|---|
ing. Washington Crossing the Delaware | ||
| ||
Rəssam | Emanuel Loytz | |
Tarixi | 1851 | |
Üslubu | tarix rəssamlığı | |
Texnikası | Yağlı boya | |
Ölçüləri | 378,5 sm[1] × 647,7 sm[1] | |
Materialı | Kətan | |
Saxlanıldığı yer | Metropoliten muzeyi | |
Saytı | wga.hu/html/l/leutze/del… | |
İnventar nömrəsi | 97.34[2] | |
Vikianbarda əlaqəli mediafayllar |
Rəsmin orijinalı Bremen rəsm qalereyasında (Kunsthalle) olan kolleksiyanın bir hissəsi olmuşdur. Lakin 1942-ci ildə İkinci dünya müharibəsi zamanı bombalanma reydi zamanı rəsm əsəri məhv olmuşdur. Loytz bu rəsmin daha iki versiyasını da yaratmışdır. Həmin surətlərdən biri Nyu-Yorkda Metropoliten muzeyində yerləşir. Digər versiyası vaxtilə Ağ evdə olsa da, sonradan Minnesota ştatında yerləşən Uinona şəhərində olan Minnesota Dəniz incəsənət muzeyinə gətirilmişdir.[3] 2022-ci ilin aprelində Christie's daha kiçik rəsm əsərinin may ayında hərracda satılacağını, satışdan əvvəl 15-20 milyon dollar dəyərində qiymətləndiriləcəyini bildirdi.[4]