Corc Vaşinqton
From Wikipedia, the free encyclopedia
Corc Vaşinqton (ing. George Washington; 22 fevral 1732[1][2][…] – 14 dekabr 1799[3][1][…], , Virciniya[4][5][…]) — ABŞ-nin dövlət xadimi. ABŞ İstiqlal müharibəsi zamanı Kontinental Ordunun baş komandanı, ABŞ-nin ilk Prezidenti (1789–1797), ABŞ-nin bani atalarından biri.
Corc Vaşinqton | |
---|---|
ing. George Washington | |
30 aprel 1789 – 4 mart 1797 | |
Vitse-prezident | Con Adams |
Əvvəlki | vəzifə təsis olunub. |
Sonrakı | Con Adams |
Amerika Birləşmiş Ştatları ordusunun generalı | |
Əvvəlki | Ceyms Uilkinson |
Sonrakı | Aleksandr Hamilton |
Kontinental Ordunun Ali Komandiri | |
Əvvəlki | Henri Knoks |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 fevral 1732(1732-02-22)[1][2][…] |
Vəfat tarixi | 14 dekabr 1799(1799-12-14)[3][1][…] (67 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi, fermer, xəritəşünas, mühəndis, dövlət xadimi, inqilabçı, yazıçı |
Həyat yoldaşı |
|
Uşağı | yoxdur |
Dini | episkopal kilsə[d] |
Hərbi xidmət | |
Qoşun növü | Kontinental Ordu, Amerika Birləşmiş Ştatları Quru Qoşunları[d] |
Döyüşlər |
|
Rütbəsi | polkovnik |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1753–1754-cü illərdə Virciniyadakı könüllü hərbi birləşmələrdən birinə rəhbərlik etmişdir. 1759-cu ildə polkovnik rütbəsində istefaya çıxmış, 1759–1774-cü illərdə Virciniya qanunvericilik məclisinin deputatı olmuşdur. 1787-ci ildə Vaşinqtonun sədrliyi ilə ABŞ Konstitusiyası hazırlanmış və yeni paytaxtın salınması üçün Potomak çayı sahilindəki yeri Corc Vaşinqton seçmişdir. Şəhər əvvəllər onun şərəfinə Corctaun, sonra isə Vaşinqton adlandırıldı.
Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.