VI İvan
From Wikipedia, the free encyclopedia
VI İvan (rus. Иван VI) və ya İoann Antonoviç (rus. Иоа́нн Анто́нович; 12 (23) avqust 1740[1], Sankt-Peterburq[1] – 5 (16) iyul 1764[1], Şlisselburq[d], Sankt-Peterburq quberniyası[d][1]) — Romanovlar sülaləsinin Braunşveyq qolundan olan Ümumrusiya imperatoru. O, 1740-cı ilin oktyabrından 1741-ci ilin noyabrına qədər hökmranlıq etmişdir.
VI İvan Antonoviç | |
---|---|
rus. Иоа́нн Анто́нович | |
17 (28) oktyabr 1740 – 25 noyabr (6 dekabr) 1741 | |
Əvvəlki | Anna İvanovna |
Sonrakı | Yelizaveta Petrovna |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 (23) avqust 1740[1] |
Doğum yeri | |
Vəfat tarixi | 5 (16) iyul 1764[1] (23 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | siyasətçi |
Anası | Anna Leopoldovna |
Dini | pravoslavlıq |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Formal olaraq, bir yaşında əvvəlcə Bironun, sonra isə öz anası Anna Leopoldovnanın regentliyi altında hökmranlıq edirdi. Körpə imperatoru Yelizaveta Petrovna devr etdi, demək olar ki, bütün həyatını biradamlıq kamerada keçirdi və artıq II Yekaterinanın çarlığı zamanı onu azadlığa buraxmaq cəhdi baş verərəkən 23 yaşında mühafizəçilər tərəfindən öldürüldü.
Rəsmi sağ ikən olan mənbələrdə o, III İoann kimi qeyd olunurdu, yəni ki hesablama birinci rus çarı İvan Qroznıdan aparılırdı; daha sonrakı tarixşünaslıq yazılarında hesablamanı I İvan Kalitadan başlayaraq onu VI İvan (İoann) adlandırmaq ənənəsi yarandı.