From Wikipedia, the free encyclopedia
VI Vaxtanq və ya Hüseynqulu xan (gürc. ვახტანგ VI) — XVIII əsr Kartli çarı, Gürcüstan dövlət xadimləri arasında ən məşhurlarından biri olmuş və ölkədə islahatlar etmişdir.
Qanunverici VI Vaxtanq Hüseynqulu xan | |
---|---|
ვახტანგ VI | |
| |
1711 – 1714 | |
Əvvəlki | Keyxosrov |
Sonrakı | I Yese |
1716 – 1724 | |
Əvvəlki | I Yese |
Sonrakı | I Yese |
Şəxsi məlumatlar | |
Doğum adı | ვახტანგ VI |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | Həştərxan, Rusiya |
Dəfn yeri | |
Fəaliyyəti | şair, tarixçi |
Atası | Levan |
Anası | Tuta Qurieli |
Həyat yoldaşı | Rusudan |
Uşaqları | |
Ailəsi | Baqrationi |
Dini | sünni islam, şərqi ortodoks xristianlıq, Gürcü Ortodoks Kilsəsi |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Vaxtanq İslamı qəbul etmişdi. Hüseynqulu xan kimi tanınırdı.
15.9.1675də şahzadə Levanın və ilk həyat yoldaşı Tuta Qurielinin oğlu olaraq doğuldu. 1703-1714cü illər arasında qəyyum kimi hakimiyyətdə olmuşdu. 1707-1709cu illərdə "Vaxtanq qanunları" toplusunu yayımladı. 1714-cü ildə çar olmaq üçün İrana getsə də müsəlman olmadığı üçün qəbul olunmadı və həbs olundu. Qardaşı Yese yerinə çar qoyuldu.
Sulxan-Saba Orbelianini həbsdə ikən Fransa kralı XIV Lüdovikə səfir göndərib yardım istəyən çar eyni yardımı papa XIII İnnokentivə VI Karldan da istəmişdi. Həbsdən qurtulmağın başqa yolu olmadığını görüb 1716-cı ildə müsəlman olaraq Hüseynqulu adını almışdı və Azərbaycan bəylərbəyi olmuşdu. Oğlu III Bakar isə Kartli qəyyumu olmuşdu.
Çar titulu olsa da əslində Azərbaycan bəylərbəyi olan Vaxtanqın yerinə Kartlini oğlu idarə edirdi. 1719-cu ilə qədər vəziyyət dəyişmədi. I Pyotrun Xəzərsahili əyalətlərə yürüşü zamanı şaha xəyanət edən Vaxtanq 40.000 əsgər ilə Gəncədə rus ordusuna qoşulma üçün gözləməyə başladı. Lakin 1722-ci ildə fikrindən döndü və geri qayıtdı. 1723-cü ildə II Konstantin Baqrationi tərəfindən məğlub edilən Vaxtanq digər tərəfdən Osmanlı tərəfindən məğlub edildi. 1200 nəfərlə birlikdə Rusiyaya köməyə məcbur olan Vaxtanq 1724-cü ilin iyulunda Həştərxana gəldi. 25.3.1737də Həştərxanda vəfat etdi.[1]
Çar VI Vaxtanqın şairliyi vardı, çar şeir yazırdı və fars dilindən tərcümələr edirdi. Məşhur "Kəlilə və Dimnə"ni o, Sulxan-Saba Orbelianinin köməyi ilə gürcü dilinə çevirib.[2] 1709-cu ildə ölkəyə çap maşınlarını gətirtmişdi. Onun dövrü həm də "Gürcü renesansı" adlanır. İncil də daxil olmaqla yüzlərlə xristian dini kitabını çap etdirmişdi.
1696-cı ildə çərkəz qızı Rusudan ilə evlənmişdi. Övladları:
Nigahdankənar övladları:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.