From Wikipedia, the free encyclopedia
Uşaqlıq ağzı xərçəngi, serviks xərçəngi, servikal xərçəng bütün dünyadakı qadın xərçəngləri arasında döş və bağırsaq xərçəngindən sonra 3. sıxlıqda görülən xərçəng tipidir. Serviks Xərçəngi qadın artıma orqanlarından biri olan rəhmin (uterus) ağız qismi olan rəhm ağızının (serviks) normal xarici inkişaf nəticəsində yaranan pis xasiyyətli şişinə verilən addır. Ancaq darama testlərini məşhur olaraq istifadə edərək serviks xərçənginin görülmə sıxlığını və bu xərçəngə bağlı ölüm nisbətlərini azaltmaq mümkündür.[2]
Uşaqlıq ağzının səthini yaradan hüceyrə təbəqəsinin anormal hüceyrələrə çevrilməsiylə " xərçəng öncülləri" adlanan hüceyrələr meydana gəlir. Xərçəng öncülləri; prekanseröz strukturlardır və erkən müəyyən olunub müalicə edilmədiklərində uşaqlıq ağzı xərçənginə çevrilə bilərlər. Bu dəyişikliklərdən məsul olan əsas faktor, "HPV" olaraq bilinən İnsan papilloma virusudur. Uşaqlıq ağzı xərçəngi ümumiyyətlə orta və orta yaş üstü qadınlarda görülsə də, hər hansı bir yaşda da ortaya çıxa bilər. Uşaqlıq ağzı xərçəngindən qorunmaq üçün İlk cinsi əlaqədən 3 il sonra ginekoloji yoxlanışlar sırasında PAP smear testi edilməsi tövsiyə edilir. 30 yaş üzərində 3 ardıcıl normal PAP test nəticəsindən sonra PAP smear testi 2 −3 ildən bir edilə bilər.[3]
Serviks xərçəngi Dünya üzərində ortalama hər 2 dəqiqədə bir qadının ölümünə səbəb olan və müxtəlif ölkələrdə aparılan işlərdə qadınlarda döş xərçəngindən sonra ən sıx görülən ikinci xərçəngdir.[4].
Epidemioloji işlər serviks xərçəngi üçün əsas risk amilinin HPV (insan papilloma virus) infeksiya olduğunu göstərir. Serviks xərçəngi-HPV infeksiya əlaqəsi, ağciyər xərçəngi ilə siqaretin əlaqəsindən daha sıx əlaqədir. Digər tərəfdən HPV infeksiyası son dərəcə geniş yayılmış bir infeksiyadır. Amerika Birləşmiş Ştatları Xəstəlik İdarə Mərkəzi (CDC) məlumatlarına görə dünyada seksual həyatı fəal qadın və kişilərin həyat boyu HPV-ə yoluxma ehtimalı ən azı 50% olduğunu bildirilmişdir. Serviks xərçəngi hadisələrinin demək olar ki, hamısında (99,7%) HPV DNT təcrid edilir[5]. Bununla bərabər serviksteki HPV infeksiyalarının çoxu simptomsuz və müəyyən infeksiyalarının 90%-dən çoxu 2 il içərisinde öz-özünə yox olur.[6] Bu səbəbdən serviks xərçəngi tezliyində azalma HPV infeksiyalarının tanınması, qarşısının alınması və müalicə edilməsi yolu ilə mümkün ola bilər.
Servikal xərçəng adətən HPV-in onkolojik tiplərinin uzun müddətin infeksiya nəticəsində ortaya çıxır. İndiyə qədər 100-dən çox HPV tipi müəyyənləşdirmişdir; Bunlardan onkolojik növlər, servikal xərçəng, ya da vulvar qişada xərçəng qabağı lezyonlara səbəb olur. Cinsi baxımdan fəal, hər qadın servikal xərçəng riski daşıyır. Qadınların yüzdə əlli və ya səksəni HPV infeksiyasına; Bunların 50%-i onkolojik HPV-dir. HPV infeksiyalarının çoxu immun sistem tərəfindən məhv edilir amma, onkolojik HPV tiplərinin səbəb olduğu infeksiya keçməsə servikal xərçəng əmələ gələ biləre[7].
Rəhm ağızı xərçəngində ən sıx görülən əlamət, vaginal qanamadır. Qanama zaman-zaman həddindən artıq ola bilsə da ümumiyyətlə az miqdarda tespit edilə bilər. Cinsəl birləşmə sonrası daha əyani hala gələ bilər. Irəliləmiş xəstəlikdə pis qoxulu vaginal axıntı, sidikdə və ya rektal qanama görülə bilər.
Normal bir serviks, HPV virusuna məruz qaldıqdan sonra; 3–8 aylıq kürt dövrünü ardından infeksiyaya aid dəyişikliklər göstərir.
Xərçəng hələ servikste məhduddur
Serviks xaricinə yayılaraq serviksin yaxınındakı yumşaq toxuya ya da vajina qübbəsinə yayılmış xərçəng.
Xərçəng serviksin xaricinə yayılaraq, pelvik yan divarları yada vagina alt kəsimini tutmuşdur. Ayaqlarda şişməyə və / və ya sidik axışında problem inkişaf etmiş ola bilər.
Xərçəng serviks və ya yuxarıda bəhsi keçən hər hansı bir bölgənin xaricinə yayılaraq sidik torbası, rektum ya da qaraciyər və ağciyər kimi uzaq orqan yayılam etmişdir.
Pap-Smear testi tətbiq olunarkən fırça köməyi ilə vaginal sürüntü alınan nümunə, patoloqlar tərəfindən dəyərləndirilərək normal – anormal hüceyrə təsnifatı aparılır. Nəticəsində şübhəli gələn faktlarda kolposkopik araşdırma edilməlidir. Serviksin optik olaraq böyüdülərək göstərilməsi texnikası olan kolposkopik araşdırmada müsbət tapıntı müəyyən olunsa, kolposkopi altında biopsiya əməliyyatı həyata keçirilir.
Biyopsiya nın patoloji araşdırmasında səth hüceyrələrində məhdud pozuqluq müəyyən olunsa rəhm ağızı konizasyon əməliyyatı ilə çıxardılmalıdır. Konizasyon həm diaqnoz üsuludur həm da müalicəsi üçün kafi ola bilər.
Biyopsiya ilə serviks xərçəngi təsbit edilsə, müalicəsi variantlarını müəyyən etmək üçün xəstəliyin ölçülərinin müəyyənləşdirilməsi lazımdır. şişin ölçüsü, yayılması, qabaqda sidik kisəsi, arxada isə qalın bağırsaq əlaqəsinin dəyərləndirilməsi üçün vaginal və rektal müayinə, MR və PET CT edilə bilər. ultrasonografiya ilə serviks xərçənginin vəziyyəti dəqiq olaraq dəyərləndirilmə bilməz.
Rəhm ağızı xərçəngi ümumiyyətlə bölgə olaraq yayılan bir xəstəlikdir. Metastazlarını ümumiyyətlə linfa yolları ilə yapar. Qan damarı yolu ilə orqan metastaz çox daha az nisbətdə görülər.
Ümumi olaraq xəstəliyin rəhm ilə məhdud olduğu hadisələr, cərrahi ilə müalicəsi edilər. Cərrahiyyənin genişliyini, xəstənin yaşı, uşaq istəyi, tümörün böyüklüyü və yayıldığı sahədə müəyyən edər. Ehtiyaca görə, rəhmin buraxılıb serviksin konizasyon ilə çıxarılmasından başlayaraq, rəhmin yanlarındakı toxumalar (parametrium) və vagen 1/3 üst qisimiylə birlikdə geniş olaraq çıxarıldığı, pelvik və paraaortik limfa bezlərinin alındığı əməliyyatlara qədər əhatəsi genişlənən cərrahı texnikalar tətbiq oluna bilər.
Xərçəng rəhm xaricinə çıxıb, rəhmin yanlarına (parametriyuma) yayıldığında, cərrahi yerinə radyoterapi ilk müalicəsi variantı olur. Rəhim ağzında olan tümör həcmi böyüdükcə, xəstələrin müalicəsində kemo-radioterapiya ilk müalicəsi variantı olaraq düşünülə bilər.
Əməliyyat edildikdən sonra, patoloji araşdırma nəticəsinə görə, cərrahi sərhəd müsbət olan və ya limfa vəzilərində xərçəngli hüceyrə yayılması müəyyən olunan xəstələrə, kemo-radioterapiya edilməlidir.[8]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.