Uyğur mətbəxi (uyğ. ئۇيغۇر تائاملىرى)— Türk xalqlarından biri olan Uyğurların ənənəvi yeməkləri. Uyğur mətbəxi dünyanın ən böyük və zəngin mətbəxlərindən biridir. Uyğur mətbəxi öz unlu yeməkləri və çeşidli ədviyyatların geniş istifadəsi ilə də seçilir.

Turfanda qonaqlara hazırlanan çay, təndir çörəyi və sangzı yeməyi (2018)
Urumçidə uyğur təndir kababı

Tarix

Uyğurlardakı yemək və içmək adətləri Sincan bölgəsinin[1] tarixi ipək yolu üstündəki yerləşimi, Sincanın iqlim və coğrafiya baxımından özəllikləri və Uyğurlardakı islami dini tərəfindən əməl elədiklərindən şəkilləndirir. İpək yolunda bir çox fərqli koltorun alışverişinə imkan yaratmasıyla Uyğur mətbəxi başqa Orta Asiya, Ön Asiya, Ortaşərq və Şərq Asiya mətbəxlərində var olan ünsürləri də özündə içərir. Plov, lagman və samsa kimi yayğın Uyğur yeməkləri bu əski koltor alışverişini göstərir. Uyğur mətbəxinin özəlliklə Özbək mətbəxi kimi Orta Asiya mətbəxləri ilə paylaşdığı bənzərliklər çox bəlli; ayrıca Çin İslam mətbəxi ilə paylaşdığı bir çox ortaq nöqtəsi mövcüddür. Uyğur mətbəxindəki təməl yemək maddələri çörək (uyğ. نان nan) və əriştə (uyğ. چۆپ çöp) kimi unlu yeməklər (uyğ. ئۇن تاماق un tamaq) və heyvan ətidir (xüsus ilə qoyun və quzu əti).[2]

Məhsullar

Qoyun əti, mal əti , dəvə əti, toyuq , qaz , yerkökü , pomidor , soğan , bibər, badımcan , kərəviz , müxtəlif süd məhsulları və meyvələr Uyğur mətbəxinin xarakterik maddələridir. Uyğurlara qonaq olduqda, əsas yeməklər hazır olmadan qonaqlara çay, çörək (nan) və meyvə verirlər . Uyğur yeməklərinin çoxu özəl çubuqlarla yeyilir; Bu, XIX əsrdə Han Çin mədəniyyətindən qəbul edilmiş bir vərdişdir.[3] Ədviyyatlar arasında daha çox cirə, qara bibər və qırmızı bibər geniş İstifadə olunur.

Yeməklər

Thumb
Uyğur Laqmanı
  • Laqman— Əriştə, ət və tərəvəzdə əldə edilən ən məşhur uyğur yeməyi.
  • Mantı
  • Göşörya— Soğan, kələm, tərəvəz və ətdən əldə edilən xəmir yeməyi.
  • Plov— ət və ədviyyatla qaynadılmış düyü. Uyğur mətbəxi müxtəlif növ plovlarla seçilir: göyərti, darı , buğda, torbada plov, ətli plov, yumurta plov, meyvəli plov.
  • Samsa
  • Qozlu samsa (uyğ. Yakaq samsası)
  • Yağ-samsa
  • Qoş-nan (Ət-çörək)—xəmir və qıyılmış ətli yemək növü.
  • Sanzı
  • Manpar— xəmir parçaları ilə ət və tərəvəzdən bişirilən bir şorbadır.
  • Lazji— tərəvəz və ədviyyatla qızardılmış toyuq filesi.
  • Aşliyan-fu— Çin mətbəxindən Uyğur mətbəxinə daxil olan Əriştəli yemək.
  • Uyğur çayı
  • Bağırsaq
  • Beşbarmaq
  • Təndir kababı
  • Qovurğa-kabab
  • Qovurma-kabab
  • Təndir çörəyi
  • Küncüdlü çörək
  • Həmək-nan— Uyğur çörəklərindən biri.
  • Şorba (Şurpa)
  • Çəlpək— Türk xalqlarının ənənəvi tortu.
  • Ağ-aş— düyü, ət, soğan, duz və göyərtidən əldə edilən plov.
  • Mərcan-kabab (uyğ. Marcan-kawap)— Qoyun əti, soğan və yumurtadan əldə edilən kabab.
  • Qənd halvası— Quyruq yağı, ağ un, şəkər tozu və sudan bişirilən halva.
  • Qovun halvası (uyğ. Qoğvun halvası)
  • Quymaq

Görüntülər

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.