Uti
Qafqaz Albaniyasından günümüzə gəlib çıxmış toponim / From Wikipedia, the free encyclopedia
Uti və ya Utik (Qədim yunan mənbələrində "Οτένα", Qədim erməni dilli mənbələrdə "Ուտիք") — Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə indiki Uti vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının düzənlik Qarabağ zonasından Qazax-Tovuz-Şəmkir zonasınadək olan ərazini[1] və müsir Ermənistan Respublikasının Tavuş və Geğarkunik mərzlərinin bir hissəsini əhatə edirdi.
Tarixi Qafqaz Albaniyası əraziləri | |
Uti | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə |
Qafqaz Albaniyası Böyük Ermənistan |
Əhalisi |
Antik dövr: albanlar, utilər, udilər, saklar. Orta əsrlər:azərbaycanlılar, ermənilər. Müasir dövr: azərbaycanlılar, ermənilər. |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti cənub-şərqdən Paytakaran, cənubdan Arsak, şimaldan Kambisena, şimal-qərbdən isə Quqark vilayəti ilə sərhədlənirdi; vilayətin qərb hüdudları Albaniyanın İberiya ilə sərhədinə qədər uzanırdı.
Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri utilər olmuşlar[2] E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının[3] Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır.
551-ci ildə Qafqaz Albaniyasının paytaxtı Kabalaka şəhərindən Uti vilayəti ərazisində yerləşən Partav şəhərinə köçürülür. Paytaxtla birlikdə həmin tarixdə Alban Həvari Kilsəsinin mərkəzi və Albaniya katolikosunun iqamətgahı da Partav şəhərinə köçürülür. 630-cu ildən Partav Mihranilər sülaləsindən olan ilk alban hökmdarı Varaz Qriqorun iqamətgahına çevrilir.