Geğarkunik mərzi
Ermənistanda mərz / From Wikipedia, the free encyclopedia
Geğarkunik mərzi (erm. Գեղարքունիքի մարզ) — Ermənistanın şərqində vilayət (mərz). Şimalda Tavuş, qərbdə Kotayk, cənub-qərbdə Ararat, cənubda Vayots dzor mərzləri, şərqdə Azərbaycanla həmsərhəddir. Tarixi Göyçə mahalını əhatə edir. Ölkənin ən böyük mərzidir və bütün respublika ərazisinin 18%-ni tutur. Ərazinin əhəmiyyətli bir hissəsini Göyçə gölü tutur. Mərzə keçmiş Sevan, Krasnoselski, Martuni və Vardenis rayonları daxil idi.
Cəld faktlar Gelarkunik, Ölkə ...
Mərz | |
Gelarkunik | |
---|---|
|
|
Ölkə | |
İnzibati mərkəz | Kəvər |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 7 noyabr 1995 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AM-GR |
Poçt indeksi | 1201–1626 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Geğarkunik rayonuna həmçinin Azərbaycan ərazisi ilə əhatə olunmuş və hazırda onun nəzarətində olan Artsvaşen anklavı da daxildir.
İnzibati mərkəzi Kəvər şəhəridir. Digər şəhərlər Sevan, Çəmbərək, Vardenis, Martunidir. Rayonda həmçinin 93 kənd yaşayış məntəqəsi var.