From Wikipedia, the free encyclopedia
Uri Seqal (ivr. אורי סגל; 7 mart 1944[1][2], Qüds) – İsrail dirijoru.
1944-cü ildə Qüds şəhərində doğulmuşdur.[3] Qüds şəhərində yerləşən Rubin konservatoriyasında skripka çalmağı və dirijorluğu öyrənmişdir.[3] 1966–69-cu illərdə Londonun Qildholl Musiqi Məktəbində dirijorluq təhsili almışdır.[3] 1969-cu ildə Nyu-Yorkda baş tutan Dimitris Mitropulos Dirijorluq Müsabiqəsində ilk mükafatını qazanmış və müsabiqə nəticəsində Nyu-York Filarmonik Orkestrında Leonard Bernstaynın köməkçi dirijoru olmuşdur.[3]
1970-ci illərdən etibarən Avropa və Amerika ölkələrinə səyahət edərək müxtəlif orkestrlarda dirijorluq etməyə başlamışdır.[3] 1971-ci ildə Kardiff şəhərində BBC-nin Uels Milli Orkestrı və İngilis Kamera Orkestrı, 1972-ci ildə isə Çikaqo Simfonik Orkestrında dirijorluq etmişdir.[3] 1973-cü ildə Ştutqart şəhərinin Cənubi Alman Radio Orkestrının daimi qonaq qismində çıxış edən dirijoru olmuşdur.[3] 1980–83-cü illərdə Bornmut Simfonik Orkestrının baş dirijoru, 1981–85-ci illərdə isə Almaniyanın Macarıstan filarmoniyası orkestrının musiqi direktoru və baş dirijoru kimi fəaliyyət göstərmişdir.[3]
1982-ci ildə İsrail Kamera Orkestrının, 1989-cu ildə isə Yaponiyada yerləşən Osaka Filarmonik Orkestrının baş dirijoru təyin edilmişdir.[3] Onun yaradıcılığına İqor Stravinski, Volfqanq Amadey Motsart, Lüdviq van Bethoven, Artur Oneqqer, Jan Franse kimi bəstəkarların əsərləri daxildir.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.