Uşaqan döyüşü
From Wikipedia, the free encyclopedia
Uşağa və ya Uşaqan döyüşü yaxud Əştərək döyüşü[1] — 1826-1828-ci illəri əhatə edən İkinci Rus-Qacar müharibəsi zamanı 17 (yeni təqvimlə 29) avqust tarixində vaş vermiş döyüş. Qacar ordusu ilə Rus ordusu arasında baş vermiş döyüşdə qızılbaş ordusuna Şahzadə Abbas Mirzə, qarşı tərəfə isə General-Leytenant Afanasi Krasovski rəhbərlik edirdi.[2]
II Rusiya-İran müharibəsinin xronologiyası |
---|
Şamxor döyüşü (1826) |
Uşağa və ya Uşaqan döyüşü | |||
---|---|---|---|
Rusiya-İran müharibəsi (1826–1828) | |||
Rusca:Ошаканская битва; Farsca:نبرد اوشاکان | |||
| |||
Tarix | 17 (29) avqust 1928 | ||
Yeri | Əştərək, İrəvan xanlığı | ||
Səbəbi | Rusların Qacar ordusunun Üçmüəzzin monastırını mühasirəsini ləğv etmə istəyi; Abbas Mirzənin Gürcüstana daxil olmasının qarşısını almaq | ||
Nəticəsi |
Rusların qələbəsi Bəziləri rusların qələbə qazanmadığını iddia edir |
||
Ərazi dəyişikliyi | Qacar ordusunun Arazın şimalındakı mövqeyi xeyli zəiflədi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
1827-ci ilin avqust ayının əvvəllərində Qacar ordusu İrəvan xanlığı ərazisinin şərq torpaqlarını ələ keçirdi və burada İrəvan sərdarı Hüseynqulu xan Qacarın ordusu ilə birləşdi. Birləşmiş ordu Üçmüəzzin monastrını mühasirəyə aldılar. Üçmüəzzindən 35 verst kənarda yerləşən General Krasovski bu hadisədən xəbər tutduqdan sonra təcili oraya doğru irəliləməyə başladı. Onun ordusuna erməni və gürcü könüllülər də qatıldılar.[3][4] Monastrı mühasirəyə alan Qacar ordusundan say etibarilə dəfələrlə az döyüşçüyə sahib olsa da, Krasovski onları məğlub etməyi bacardı və elə həmin gecə mühasirə ləğv edildi.[5] Döyüş zamanı rus ordusu ağır itki ilə üzləşdi. Bu itki onun İran ilə müharibələrində aldığı ən ağır zərbə hesab edilir.[6][7].
Bu döyüşün baş verməsi və gedişatı barədə ən dəyərli məlumatlar orada birbaşa iştirak etmiş komandan A. Krasovski,[8][9] kapitan M. Sobolev[10] və dekabrist E. Laçınov[lower-alpha 1] tərəfindən verilmişdir.[11][12]
Döyüşün gedişatı həmin gün çox yüksək olan istilik tərəfindən çox təsirlənmişdir.[13] Çünki rus ordusunun irəliləyişi istiqamətində yetərli qədər su ehtiyyatı yox idi. Həmçinin ordunun maddi-texniki təchizat yollarında da problemlər yaşanmaqda idi.[14] Ordu ağır düşmən artilleriya və tüfəng atışları altında irəliləməyə məcbur idi. Rus ordusunun irəli bölmələri "süngülər ilə" döyüşərək yolu açarkən, arxa bölmələr Qacar ordusu bölmələrinin inadkar hücumlarını dəf etməli idi. Əlverişli mövqeləri ələ keçirən Qacarlar rus cinahlarına hücum etməyə də müyəssər olmuşdu. Onu da qeyd etmək lazımdır ki, Krasovski dəstəsinin uğurla keçməsinə ən əlverişli yüksəklikləri tutan rus artilleriyasının bacarıqlı hərəkətləri kömək etdi və tüfəngçilərin qoruması altında olan silahlılar Qacar ordusunun hücumlarını bacardıqca dəf etdi. Bir müddət keçdikdən sonra Qacar ordusu elə bir ağır vəziyyətə düşdü ki, ağır artilleriya və tüfəng atəşi altında olsalar da, düşməni süngü ilə geri atan rus piyadalarının sıralarına düşdülər.[15][16][17].
Döyüş zamanı erməni könüllü dəstələri rus ordusuna önəmli yardımlar da etmişdilər.[18]
1833-1834-cü ildə Bütün Ermənilərin Katalikosu I Yeprem Zoragextsi və Arxiyepiskop Nerses Aştaraketsinin təşkilatçılığı ilə, monastırın və yerli sakinlərin yardımı ilə döyüşün xatirəsi üçün onnu baş verdiyi yerdə abidə ucaldıldı.[19][20]
19 aprel 2011-ci ildə burada Oşakan memorial kompleksinin açılışı həyata keçirildi. Kompleksdə "1827-ci il Uşaqan döyüşündə vəfat edən Müqəddəs Ana Üçmüədzin Məqamının rus xilasçı-döyüşçülərinə" adı daşımaqda idi.[21]