From Wikipedia, the free encyclopedia
Türkiyənin dövlət quruluşu - 1982-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi.
Türkiyə | |||||
---|---|---|---|---|---|
türk. Türkiye Cumhuriyeti | |||||
| |||||
"Yurtta Barış, Cihanda Barış" "Yurdda Sülh, Cahanda Sülh" |
|||||
Himn: "İstiklal Marşı" İstiqlal Marşı |
|||||
Tarixi | |||||
• Yaradılması (Anadolu Selcuqluları) | 1077 | ||||
• Osmanlı Dövləti Aliyyəsi (İmperiya) | 1299 | ||||
• Respublikanın elan edilməsi | 1923 | ||||
Paytaxt | Ankara | ||||
İdarəetmə forması | Prezident respublikası | ||||
Prezident | Rəcəb Tayyib Ərdoğan | ||||
Vitse-prezident | Fuad Oqtay | ||||
Sahəsi | Dünyada 37-ci | ||||
• Ümumi | 783562.38 km² | ||||
• Su sahəsi (%) | 1.78 | ||||
Əhalisi | |||||
• Əhali | 77 695 904 nəfər | ||||
• Siyahıyaalma (2000) | 67.804.543 nəf. | ||||
• Sıxlıq | 93 nəf./km² (102-ci) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 1.569 trilyon ABŞ dolları dollar | ||||
• Adambaşına | 20.188 dollar | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2014) | 806 milyard ABŞ dolları[1] dollar | ||||
• Adambaşına | 10.482 dollar[1] dollar | ||||
İİİ (2013) | 0.759 (artış; 69-cu) |
Türkiyə Prezident formasında idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan Cümhuriyyət Günü (1923) 29 oktyabrda qeyd olunur. Ölkə konstitusiyası 1982-ci ildən (1987, 2007, 2010-cu illərdə düzəlişlər edilməklə) qüvvədədir.
Türkiyə 957 ilçeni (rayon) birləşdirən 81 ildən (vilayət) ibarətdir. Qeyri-rəsmi olaraq 7 bölgəyə (Ege, Qara dəniz, Mərkəzi Anadolu, Şərqi Anadolu, Marmara, Aralıq dənizi və Cənub-Şərqi Anadolu) bölünür.
Ölkə Konstitusiyasına edilmiş 21 oktyabr 2007-ci il tarixli düzəlişə əsasən Prezident xalq tərəfindən 5 il müddətinə iki dəfədən çox olmamaqla seçilir. Prezidentin fəaliyyət qabiliyyəti olmadıqda və ya vəfat etdikdə onun səlahiyyətlərini Türkiyə Böyük Millət Məclisinin sədri icra edir.
Prezident Konstitusiyanın tətbiqinə, dövlət orqanlarının fəaliyyətinin qanuna uyğun olmasına nəzarət edir. Qanunvericilik, icra və məhkəmə fəaliyyətinə aid vəzifə və səlahiyyətlər daşıyır. Qanunvericiliyə aid vəzifələri; lazım gələrsə TBMMni iclasa çağırmaq, qanunları dərc etmək və lazım gələrsə qanunları yenidən müzakirə üçün parlamentə geri göndərmək, Konstitusiyada dəyişiklik etmək üçün referendum təşkil etmək, qanunvericilik aktları tərtib etmək, zərurət olarsa Parlament seçkilərinin yenidən keçirilməsinə qərar vermək və s. Məhkəmə hakimiyyətinə aid vəzifələri isə ali məhkəmələrin üzvlərini təyin etməkdən ibarətdir.
Prezident Baş naziri və onun təklifinə əsasən nazirləri vəzifəyə təyin edir. Xarici ölkələrə Türk Dövlətinin nümayəndələrini (səfir və s.) göndərir, Türkiyə Respublikasına göndərilən xarici ölkə səfirlərinin etimadnamələrini qəbul edir.
Konstitusiyanın Prezidentliyə aid bölməsində iki konstitusion quruma xüsusi yer verilmişdir: Prezident aparatının Baş Katibliyi və Dövlət Nəzarət Komitəsi. Dövlət Nəzarət Komitəsinin vəzifəsi icra fəaliyyətinin qanunauyğunluğuna nəzarət etmək, icra hakimiyyətinin fəaliyyətinin sistemli və səmərəli qurulmasını təmin etməkdir.
Qanunvericilik hakimiyyəti birpalatalı Parlament tərəfindən həyata keçirilir. Türkiyə Böyük Millət Məclisi gizli səsvermə yolu ilə 550 deputat tərkibi ilə 4 il müddətinə seçilir. Deputatlar partiya siyahıları üzrə proporsional sistem ilə seçilirlər.
Türkiyənin seçki qanunvericiliyinə əsasən Milli Məclisə 550 millət vəkili seçilir. Əvvəlcə hər rayona bir millət vəkili yeri ayrılır. Sonra ölkənin nüfuz sayı qalan millət vəkilləri sayına, hər rayonun nüfuz sayı da alınan rəqəmə bölünməklə hər bir rayondan parlamentdə təmsil olunacaq millət vəkillərinin sayı müəyyənləşdirilir. Siyasi partiyaların parlamentdə təmsil olunmaq üçün ümumi səslərin ən az 10%-ni toplaması zəruridir.
İcraedici hakimiyyət Baş nazirin başçılıq etdiyi Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Baş nazir Prezidentin təklifi ilə Parlament tərəfindən 4 turdan ibarət səsvermə yolu ilə seçilir. Nazirlərin siyahısı Baş nazirin təklifi ilə Parlamentdə müzakirə edilir və təsdiq üçün Prezidentə təqdim olunur. İdarəetmə qurumları arasında yer tutan və “konstitusional qurumlar” statusu almış ali təhsil müəssisələri, dövlət qurumu olaraq qəbul edilən peşə müəssisələri, Türkiyə Radio Televiziya Qurumu, Atatürk Kültür Dil və Tarix Ali Qurumu və Diyanət İşləri Başqanlığı adlı dini rəhbərlik kimi qurumlar da mövcuddur.
Nazirlər Kabineti Baş nazir və digər nazirlərdən ibarət kollektiv orqandır. Baş nazir Prezident tərəfindən və millət vəkillərinin içərisindən təyin olunur. Nazirlər millət vəkilləri və ya millət vəkili seçilə bilmə səlahiyyətinə sahib olan şəxslər arasından Baş nazirin təqdimatı əsasında Prezident tərəfindən təyin olunur. Nazirlərin səlahiyyətlərinə Baş nazirin təklifi əsasında Prezident tərəfindən xitam verilə bilər.
Nazirlər Kabineti təşkil edildikdən sonra parlamentin etimadnaməsini almaq üçün müraciət olunur. Etimadnaməni alan hökumət vəzifələrinin icrasına başlayır. Nazirlər Kabineti ümumi siyasətin icrasına məsuliyyət daşıyır. Nazirliklərin təşkili, ləğvi, səlahiyyətlərinin müəyyənləşdirilməsi qanunlarla tənzimlənir. Hər bir nazirliyin səlahiyyətlərini və təşkilatı quruluşunu müəyyən edən qanunlar vardır.
Ölkə konstitusiyasının Nazirlər Kabineti ilə əlaqədar bölməsində milli təhlükəsizlik məsələlərinə də toxunulmuşdur. Bu bölmədə Baş Qərargah İdarəsi, Milli Təhlükəsizlik Şurası və Ali Komandanlığın vəzifə və səlahiyyətləri müəyyənləşdirilmişdir.
Konstitusiya məhkəməsi (hakimlər Prezident tərəfindən təyin olunur), Apelyasiya Məhkəməsi və Dövlət Hüquq Şurası (Hakimlər və Prokurorlar Ali Şurası tərəfindən 4 il müddətinə seçilir)
Türkiyədə məhkəmə hakimiyyəti müstəqil məhkəmələr və ali məhkəmə orqanları tərəfindən həyata keçirilir. Konstitusiyada məhkəmələrin və hakimlərin statusu hüquqi dövlət prinsiplərinə uyğun müəyyənləşdirilmişdir. Məhkəmə hakimlərinin toxunulmazlığına təminat verilir.
Məhkəmə iclasları (xüsusi hallar üçün qapalı keçirilməsi nəzərdə tutulmayıbsa) açıq keçirilir. Cəza verilməsi zamanı qanunçuluq prinsipi, təqsirsizlik prezumpsiyasının olması və s. kimi hallar nəzərə alınır. Hər kəs hakim qarşısında öz hüququnu müdafiə edə bilər.
Konstitusiyada funksional olaraq üç pilləli məhkəmə sistemi müəyyən olunmuşdur. Bu bölgüyə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirən məhkəmələr, inzibati məhkəmələr və xüsusi məhkəmələrə ayrılır. Xüsusi məhkəmələrə hərbi məhkəmələr və Dövlət Təhlükəsizlik Məhkəmələri (DGM) daxildir.
Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Ali İnzibati Məhkəmə, Ali Hərbi Məhkəmələr Konstitusiyanın Məhkəmələr bölməsində yer verilən ali məhkəmələrə daxildir.
Paytaxt Ankarada yerləşən Konstitusiya Məhkəməsi 1962-ci ildə qurulmuşdur. Bu məhkəmənin əsas vəzifəsi insan hüquq və azadlıqlarının qorunması və inkişafı, qanun, qətnamə və TBMM daxili nizamnaməsinin forma və mahiyyət baxımından Konstitusiyaya uyğunluğuna nəzarət etməklə yanaşı konstitusiyada müəyyən edilmiş digər səlahiyyətlərin icrasıdır. Konstitusiya məhkəməsinin qərarları qətidir, bu qərarlar heç bir vəchlə gecikdirilə və ya ləğv edilə bilməz. Bütün dövlət qurum və quruluşları bu qərarlara tabedir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.