Türk briqadası
hərbi birləşmə / From Wikipedia, the free encyclopedia
Türk briqadası (kod adı Şimal Ulduzu, ing. North Star, türk. Şimal Yıldızı[2] və yaxud Qütb Ulduzu[3]) — Koreya müharibəsində 1950–1953-cü illərdə BMT qüvvələrinin tərkibində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin piyada briqadası. ABŞ Ordusunun 25-ci diviziyasının tabeliyində olmuş və bir sıra döyüş əməliyyatlarında iştirak etmişdir. Xüsusən Kunu-ri döyüşündə göstərdikləri şücaətə görə ABŞ və Cənubi Koreya hökumətləri tərəfindən təşəkkürə layiq görülmüşdülər.[4] Türk briqadası müharibə ərzində döyüş qabiliyyəti, cəsur müdafiə, vəzifəyə sadiqliyi və şücaəti ilə şöhrət qazanmışdı.
Türk briqadası | |
---|---|
Koreya Türk briqadası | |
Növü | piyada |
Yaranma tarixi | 1950–1960 |
Ölkə | Türkiyə |
Tabedir | BMT |
Daxildir | 25-ci piyada diviziyası (ABŞ) |
Tərkibi | Briqada |
Sayı | 14,936 (münaqişə müddəti ərzində)[1] |
Ləqəbi | Şimal Ulduzu və ya Qütb Ulduzu |
Müharibələr | Koreya müharibəsi |
Döyüşlər | Ponmeyn döyüşü |
Fərqlənmə nişanları | |
Komandanlıq | |
Məşhur komandirləri |
Briqada generalı Tahsin Yazıcı (1950-ci il 16 noyabr-1951-ci il) Briqada generalı Namık Argüç (1951-ci il 17 noyabr-1952-ci il 20 avqust) Əməliyyat rəisi: Faik Türün |
Vikianbarda əlaqəli mediafayllar |
II Dünya Müharibəsi bitsə də, ondan sonra yeni müharibə Soyuq Müharibə başlamışdı. Soyuq Müharibə dünyanın iki qütbə bölən SSRİ və ABŞ arasında gedirdi. Hər iki tərəf bu müharibədə özünə yeni müttəfiqlər axtarırdı. Belə yeni müttəfiqlərdən də biri Türkiyə ola bilərdi. II Dünya müharibəsi dövründə bitərəf qalan Türkiyə müharibədən sonrakı dövrdə beynəlxalq mühitdə tək qalmışdı. Özünə yeni müttəfiqlər axtaran ABŞ Türkiyəni öz tərəfinə çəkmək istəyirdi. Gələcək SSRİ təcavüzündən qorunmaq üçün Türkiyə də bu müttəfiqlikdə maraqlı idi. Beləliklə, Türkiyə Qərb bloku və ABŞ-yə yaxınlaşmağa başladı. Türkiyə Şimali Atlantika İttifaqı NATO-ya girişini sürətləndirmək üçün Koreya müharibəsinə əsgər göndərməyə razılaşdı.
Türkiyə Cümhuriyyəti əvvəlcə Koreyaya topçu taboru ilə gücləndirilmiş bir piyada alayı göndərməyi düşünürdü, lakin sonradan alayın briqada səviyyəsinə qədər artırılması qərarı verildi. Koreyaya göndərilən Briqada üç piyada taborundan, topçu batalyonundan və köməkçi bölmələrdən ibarət olmaqla ümumilikdə 5 min nəfərdən ibarət şəxsi heyətə malik idi. Briqadaya general Tahsin Yazıcı komandanlıq edirdi. Ankarada qurulan briqada dəmir yolu ilə İskəndəruna gəldikdən sonra, ABŞ-nin ayırdığı gəmilərlə Koreyanın Pusan limanına yola düşdü. Türk briqadası Koreyada ABŞ hərbi ləvazimatlarla təchiz edildi. 1950-ci il noyabrın 10-da Briqada cəbhəyə göndərildi. Əvvəlcə Seuldan 60–100 km şimalda bölgənin təhlükəsizliyini təmin edən Briqada daha sonra Kunu-ri bölgəsinə aparıldı. Türk hərbi kontingenti ABŞ 8-ci Ordusunun ehtiyatına təyin edilsə də, 1950-ci ilin noyabrında Çinin iri həcmli hücumundan sonra cəbhə xəttinin yarılması ilə türk əsgərləri döyüşlərin mərkəzinə düşdü. Ümumilikdə Briqada 1950-ci ilin noyabrından 1953-cü ilin iyuluna qədər Kunu-ri, Kumancan-Ni, Çxorvon, Veqas döyüşlərində iştirak etmişdir. Müharibədə olduğu üç il ərzində Briqadada ümumilikdə 14.936 şəxs xidmət etmişdir. Briqadanın itkiləri ümumilikdə 721 şəhid, 2111 yaralı və 168 itkin olmuşdur.
Briqadanın üçüncü xidməti ilində 1953-cü ildə Koreya Sülh Müqaviləsi imzalandı. Bundan sonra, Türkiyə hərbi qüvvələri Birləşmiş Millətlər Təşkilatının razılaşmalarına uyğun olaraq tam briqada səviyyəsində daha yeddi il Koreyada davam etdirdi. Türkiyə Cümhuriyyətinin yeddinci Prezidenti Kənan Evrən 1958-ci ildən 1959-cu ilə qədər bu Briqadada xidmət etmişdir. Türkiyənin məşhur yazıçısı, dramaturqu və köşə yazarı Rəfiq Ərduranda könüllü olaraq Briqada da tərcüməçi kimi xidmət keçmişdir.[5]
Türk briqadası 1971-ci ildə Koreya yarımadasından geri çağırılmışdır.