Koreya müharibəsi
From Wikipedia, the free encyclopedia
Koreya müharibəsi — Şimali və Cənubi Koreya dövlətləri arasında 1950-ci il iyunun 25-dən 1953-cü il iyulun 27-ə qədər davam etmiş hərbi münaqişə (əslində müharibənin bitməsi hələ də rəsmən elan olunmayıb). Bəzən bu konfliktə Soyuq müharibə dövründə ABŞ və onun müttəfiqləri ilə ÇXR və SSRİ qüvvələri arasında baş vermiş gizli müharibə kimi baxılır. Şimal koalisiyasının tərkibinə Şimali Koreya və onun hərbi qüvvələri, Çin ordusu (amma rəsmən hesab edilir ki, ÇXR konfliktdə iştirak etməmişdir, Çinin nizami ordusu formal olaraq «Çin Xalq Könüllüləri» adlanan birləşmə hesab olunmuşdur) daxil idi. SSRİ rəsmən müharibədə iştirak etməsə də Şimal koalisiyasının maliyələşdirilməsinin və Çin ordusunun təchizatının böyük hissəsini öz üzərinə götürmüşdür. Çoxsaylı sovet hərbi məsləhətçi və mütəxəssisləri müharibənin başlanmasına qədər Şimali Koreyadan çıxarılmış, amma müharibə dövründə SİTA-nın müxbiri adı ilə geri göndərilmişdilər. Cənub koalisiyasınında isə Cənubi Koreya, ABŞ, Böyük Britaniya, həmçinin BMT Sülhməramlı Qüvvələri tərkibində bir sıra başqa ölkələr iştirak etmişdilər.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Koreya müharibəsi | |||
---|---|---|---|
Soyuq müharibə | |||
한국 전쟁 조선 전쟁 조국 해방 전쟁 육이오 사변 육이오 전쟁 한국동란 육이오 동란 경인동란 朝鮮戰爭 抗美援朝戰爭 | |||
Tarix | 25 iyun 1950 — 27 iyul 1953 (3 il, 1 ay, 2 gün) | ||
Yeri | Koreya yarımadası | ||
Səbəbi | Kim İr Senin Koreyanı öz hakimiyyəti altında birləşdirmək cəhdi | ||
Nəticəsi | Şimali və Cənubi Koreyalar arasında yeni sərhəd; barışıq və atəşin dayandırılması. | ||
Ərazi dəyişikliyi |
Koreya Respublikasının xeyrinə az əhəmiyyətli – cəmi 3900 км² ərazi güzəşti.
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |