royalistlərin üsyanına qarşı respublikaçı qüvvələrin hərbi əməliyyat From Wikipedia, the free encyclopedia
Tulonun mühasirəsi (18 sentyabr - 18 dekabr 1793-cü il) — Birinci Koalisiya müharibələri çərçivəsində Fransanın cənubundakı Toulon şəhərində müttəfiqlərin dəstəyi ilə baş tutan royalistlərin üsyanına qarşı respublikaçı qüvvələrin hərbi əməliyyatı. Bu Fransa inqilabı müharibələrinin epizodu ilə Napoleon Bonapartın karyerasında yüksəliş başlamışdır.
Tulonun mühasirəsi | |||
---|---|---|---|
Birinci Koalisiya müharibələri | |||
| |||
Tarix | 18 sentyabr - 18 dekabr 1793-cü il | ||
Yeri | Tulon şəhəri və ətrafı | ||
Səbəbi | Fransa inqilabı | ||
Nəticəsi | Fransa respublikaçılarının qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
1793-cü il fevralın 1-də Fransız inqilabçıları İngiltərə ilə, martın 7-də - İspaniya ilə müharibəyə başladılar. Bundan sonra may ayında Toulonda toplaşan bir qrup kral tərəfdarı respublikaya qarşı üsyan qaldırdı. 1793-cü ilin yay ayları, Fransa inqilabının dördüncü ilinin başlanğıcı idi. Anarxiyanın bir addımlığında olan, bir il öncə respublika elan olunan Fransada Yakobinlərin ekstrimist siyasi eksperimentləri dövrü idi. Mərkəzçilərə başçılıq edən Robespyerin mühüm siyasi gücə çevrildiyi, iyulun 23-də solçu Maratın gənc jirondist tərəfindən sui-qəsdə qurban getdiyi bu yay günlərinin davamında cərəyan edəcək hadisələr nəinki Fransanın, bütün Avropanın taleyinə köklü şəkildə təsir eləmişdir. Mübahisəli şəxsiyyət olan Robespyerin radikal siyasi fikirləri və davamında inqilabın düşməni ola biləcək hər kəsin kütləvi terrora məruz qalması xalqı dəhşətə gətirmişdi. Yeni respublikada birliyi təmin etmək ümidi ilə Milli Konvent Habsburqlara müharibə elan etmişdi. Fransadakı hadisələr Avropa monarxlarını çox narahat edirdi və bu siyasi dəyişikliklər Prusiya ilə də müharibəyə səbəb oldu. İspaniya və Portuqaliyanın yanvarın əvvəlində, 1793-cü il yanvarın 21-də kralın gilyotin ilə öldürülməsindən sonra isə Britaniya da Fransaya qarşı müharibəyə qoşulur. Kütləvi terrorlara qarşı daxildə açıq üsyanlar başlamışdı. Hər tərəfdən müharibə təhdidi altında olan ölkəni bunlar az deyilmiş kimi daxildə də zərbə gözləyirdi. Bu zərbə isə Tulon şəhərinin respublikaya qarşı üsyana qalxması oldu.
Tulona doğru hərəkət edən respublika ordusu generalları əvvəlcədən klassik mühasirə taktikasından istifadə etmək istəyirdilər. Sonra isə ümumi hücumla şəhəri tutmağı planlaşdırırdılar. Lakin onların bunun üçün həm kifayyət qədər qüvvəsi yox idi. Həm də şəhərdəkilər istənilən vaxt kömək alaraq qüvvələrini möhkəmləndirə bilərdilər. Qeyd edək ki, Fransa donanmasının üçdə biri Tulonda idi və donanma üçün burdakı baza həyati önəmə sahib idi. Tulon limanında Fransa donanmasının 26 döyüş gəmisi lövbər salmışdı.[3] Bundan əlavə qiyamçıların qələbəsi digər bölgələr üçün də pis örnək ola bilərdi.[4][5] Daha bir səbəb həm də Avropada üçüncü ən böyük donnanmanın əldən çıxmasına yol vermək olmazdı.[6]
Avqust ayında üsyançılar Fransanın əzəli düşməni ingilis donanmasını limana buraxırlar. Admiral Lord Hud komandanlığında ingilislər güllə belə atmadan Fransanın Aralıq dənizindəki gücünü sıfıra endirirlər. Bu, mükəmməl icra olunmuş ələ keçirmədən dərhal sonra ətraf bölgələrdəki fransız qoşunları təcili Tulonun ətrafında toplanır. 19 minlik ordu şəhəri mühasirəyə alır. Ordudan qaçan vəya qaçmalı olan royalistlər zabit heyətində böyük çatışmamazlıqlar yaratmışdı. Tulonu geri almaq üçün general Fransua Amede Doppenin komandanlığı ilə 5000 minlik dəstə də mühasirəçilərə qoşulur.[7]
Tulonu mühasirəyə alan ordunun komandiri Jan-Fransua Karto sadiq respublikaçı olsa da peşəsi rəssamlıq idi. XVI Lüdovikin rəsmini də çəkmişdi. Lakin bu qədər tədbirlərə baxmayaq, nəticə yox idi. Vəziyyət yalnız gənc Napoleon Bonapartın ordu qərargahına cəlb olunması ilə dəyişdi.
Bonapartın ləyaqətini təsvir etmək üçün sözüm yoxdur: çox texniki bacarıq, bərabər dərəcədə zəka və həddindən artıq cəlbedicilik. Tulonun mühasirəsində iştirak edən general Jak Fransua Dyuqomer[8] |
Napoleonun buraya gəlməsi də maraqlı tarixçəyə malikdir. Belə ki, Parisdə Milli Konventdə Korsikadan deputat olan Antuan Saliceti ağır yaralanan artilleriya komandirinin yerinə öz həmyerlisini məsləhət görür.[7] O 24 yaşındakı kapitan Napoleon Bonapart idi. Bonapart yaxşı təhsilli və peşəkar əsgər olsa da döyüş təcrübəsi yox idi. Bir müddət siyasətlə məşğul olan, ordudan xaric olunub sonra yenidən geri alınan Napoleon ‘‘Le Souper de Beaucaire’’ adlı broşür çap etdirmişdi. General Karto, Salicetinin namizədinə razılığını verir və 1793-cü il 16 sentyabr tarixində Napoleon artilleriya komandiri təyin olunur.[7]
Tulon şəhərinin möhkəm müdafiəsi var idi. Ətrafı divarla çevrili olan liman və ümumi ərazidəki digər qala və istehkamlardan əlavə 2600 britaniyalı, 6000 ispan, 6000 neapol və 800 sardiniyalı əsgər var idi. Artilleriya gücü olmadan şəhəri geri almaq mümkünsüz görsənirdi. Artilleriya komandiri olduqdan sonra Napoleonun əlində az sayda top, barut çatışmamazlığı, güllə çatışmamazlığı və peşəkar topçuların yoxluğu kimi problemlər işi daha da çətinləşdirirdi. O, tükənmək bilməyən dinamikliyi ilə qısa müddətdə piyadalardan təlimlər ilə atilleriya heyəti qurmağa başlayır və bacardığı qədər istifadə olunmayan topları düzəltdirməyə çalışırdı. Bunun üçün o yaxınlıqda dəmir sexi qurmuşdu. Marseldən 100 min qum torbası gətizdirib yeni artilleriya batareyaları qurdurur. Napoleonun bu səylərindən sonra onun artıq 64 zabiti, 100 top və 1500 adamı var idi. Tulonu geri almaq üçün Bonapartın hücum planı hazır idi. O, Mont Kare adlanan yüksəkliyə hücüm edib, davamında limana yaxın Fort de Eqeyt adlı qalanı tutub, oraya toplar yerləşdirib ingilis gəmilərini topların atış məsafəsinə alaraq onları çıxmağa məcbur etmək istəyirdi. Komandan Karto planı bəyənir və razı olur ama Napoleonun dediyi qədər yox, qərarsız olub daha az əsgər hücuma göndərir. İngilislər hücumu geri püskürtdükdən sonra təhlükəni başa düşüb dərhal əraziyə minlərlə əlavə əsgər və 20 top daşıyırlar. 2 gün içində inşa edilən istehkam onların dilində desək Fort Mulqrav inşa edirlər. Fransızlar buraya ‘‘Kiçik Cəbəllütariq’’ deyirdilər. Napoleon Parisə məktublar yazaraq narazılığını bildirir hətta komandanlğı axmaq adlandırır.
Noyabrın ortaları rəssam Kartonun yerinə əsl hərbçi olan General Dyuqomer təyin olunur. Bir ay öncə o, Habsburq qoşunlarını Nitsadan çıxarmışdı. Dyuqomer Napoleonun planını ən yaxşı plan olduğunu başa düşür və bunu Müharibə Nazirliyinə bildirir. Mayor rütbəsinə yüksələn Bonapart həlledici hücumdan öncə ön xətdə yeni batareyalar inşa etdirir. İrəli ucdakı batareyalardan biri ağır atəşə məruz qalır və topçular oraya getməkdən imtina edirlər. Napoleon oranın adını dəyişərək ‘’La Batterie des Hommes Sans Peur’’ yəni, “Qorxmaz Kişilərin Batareyası” adlandırır və bundan sonra topçu cəhətdən orda problem olmur. Gənc yaşında kəskin zəkası və Sezara xas ruhlandırma qabiliyyəti ilə önə çıxan Bonapartın Avropanın imperatorluğuna iddia edəcəyi heçkimin ağlına gəlməmiş ola bilərdi, amma şəxsi keyfiyyətləri hərbçi olaraq təqdir edilməyə başlamışdı. 30 noyabrda müttəfiq quru qoşunları komandanı General O’Hara üstünlüyü geri almaq üçün şimaldakı fransız batareyalarına ümumi hücum əmri verir. Bir neçə batareyanı ələ keçirib irəliləyən ingilisləri General Dyuqomer və Bonapartın şəxsən rəhbərlik etdiyi əks-hücum sayəsində saxlamaq mümkün olur. Əlindən vurulan O’Hara əsir düşür. 12 il öncə Corc Vaşingtona təslim olan bəxtsiz O’Hara bu dəfə də Napoleona əsir düşür.
Dekabrın 18-i yağışlı gecədə Napoleon qoşunları son hücuma və Fort Mulqravı ələ keçirdikdən sonra ingilisləri şəhərdən vurub çıxarmağa hazırlayırdı. Hücuma keçən fransızlar yağışın altında yararsız olan tüfəngləri atıb ingilislərlə süngü savaşəna çıxdılar. Napoleon özü hücuma şəxsən başçılıq edir və döyüşdə aktivlik göstərdi. Hücumlardan birində onun atı öldürülür və Napoleon özü ingilis çavuş tərəfindən süngü ilə yaralanır. Ölümün bir addımlığından dönən Bonapart əsgərləri ilə yüksəkliyi almağı bacarır. Bundan sonra Fort de Eqeyt fransızların əlinə keçir və buraya ağır toplar daşınmağa başlanır.[9] Britaniya qüvvələrinin komandanı admiral Samuel Hudun qoşunları və donanmanı Tulondan çıxarmaqdan başqa yolu qalmamışdı. İngilislər limandan çıxmazdan öncə fransız gəmilərinin yarısını yandırmağa nail olurlar.[10] Tulondaki bir çox sakin ingilislər ilə şəhəri tərk etmək üçün gəmilərə axışmağa başlayır. Çünki, royalistlər respublikaçıların intiqamının ağır olacağını yaxşı bilirdilər. İngilislər bacardıqları qədər royalist götürüb xaotik səhnələrin davamında limanı tərk etdilər.[11] Səhər şəhərə girən respublika ordusu dərhal terror saçmağa başlayır və iki həftə güllələnmələr dəvam edir.[12]
Gözlənildiyi kimi respublikaçılar şəhəri qarət edib yandırdılar. Fransa respublikası Tulonda yerləşən donanmanın bir hissəsindən məhrum oldu. Fransa donanmasının 9 gəmisini ingilislər yandırdı, 12-si ingilislərlə getdi. Respublikaçıların əlinə yalnız 25 gəmi düşdü.
Tulon qələbəsi ilə respublika, faciənin bir addımlığından dönərək 24 yaşındaki gənc artilleriya kapitanı indi briqada generalı təyin olunan Napoleon Bonapart sayəsində xilas olur. General Dyuqomer Müharibə Nazirliyinə vətəndaş “Bonna Parte”dən yüksək təriflər yazmışdı. Respublikaya əvəzolunmaz xidmətlərinə görə general rütbəsinə yüksələn Napoleon daha sonra ümümi İtaliya ordusunun komandanı oldu. Tulon onun yüksəlişə doğru gedən yolundakı birinci və əsrarəngiz an kimi yadda qaldı. Bu hadisədən sonra "Toulon" sözü məcazi mənada naməlum bir gənc hərbi liderin karyerasına parlaq bir başlanğıc anı mənasını verməyə başladı. Bu ifadə məşhur rus yazıçı Lev Tolstoyun "Müharibə və Sülh" romanında Andrey Bolkonskinin dili ilə: "Toulonum necə ifadə ediləcək?" - deyə keçir.[13]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.