Tor (internet)
From Wikipedia, the free encyclopedia
Tor (ing. The Onion Router) internetdə senzuradan yayınma alətlərindən biridir. O, istifadəçilərə onlayn məxfiliklərini qorumaq üçün yaradılıb, bu alət vasitəsilə internet istifadəçilərinin məlumatlarının veb saytlar və onlayn cəsuslar tərəfindən ələ keçirilməsi çətinləşdirilir. Tor istifadəçilərə imkan yaradır ki, məxfiliklərini təmin etməklə bərabər internetə daxil olduqları ərazidə baxılmasına qadağa qoyulmuş məlumatlara çıxış əldə etsinlər. Tor istifadəçilərin internet bağlantısını və məlumatlarını bir sistem vasitəsilə yönəldir, bu sistem təsadüfi seçilmiş relelərdən ibarətdir[8]. Bu, təmin edir ki, istifadəçilərin məlumatlarının istəmədikləri insanlar tərəfindən əldə edilməsi demək olar ki, qeyri-mümkün olsun.[9] Bildirişlərə görə, Azərbaycanda TOR-un saytı rəsmi olaraq bloklanmışdır
Tor | |
---|---|
Tipi | Gözlədici proqram, Kitabxana, Utilita |
Repozitoriya | gitlab.torproject.org/tp… |
Proqramlaşdırma dili | C[1][2], Python, Rust[3] |
Əməliyyat sistemi | Microsoft Windows[4], macOS[4], Android[5] |
İnterfeysin dili | çoxdilli[d] |
Yayımlanma tarixi | 20 sentyabr 2002[6] |
Sonuncu versiya |
|
Sayt |
torproject.org 2gzyxa5ihm7nsggfxnu52rck2vv4rvmdlkiu3zzui5du4xyclen53wid.onion torproject.org/el/ |
Vikianbarda əlaqəli mediafayllar |
Tor, şəbəkə - (ing. grid, rus. сетка, решетка) - düzbucaq altında kəsişən iki xətlər qrupu. Məsələn, elektron cədvəl sətirlər və sütunlar şəklində olan tordan ibarətdir; displeyin ekranı şaquli və üfüqi nöqtələrin (piksellərin) torudur. Simvolların optik tanınması sistemlərində simvolların ölçülməsində və ya onların verilməsində tordan istifadə olunur.