Osmali hərbi xadim From Wikipedia, the free encyclopedia
Topal Osman Paşa (1663 – 1733, Kərkük) — osmanlı hərbi xadimi. 1731—1732-ci illər arasında Osmanlı İmperiyasının Böyük Vəziri olmuşdur.
Osman təxminən 1663-cü ildə Moreyada (Peloponnes, Yunanistan) anadan olub, lakin ailəsi əslən Anadolunun Konya şəhərindən idi. Erkən yaşlarında sultan yanında xidmətə başladı. Əvvəlcə kozbekçi korpusunda, daha sonra pandurlar korpusunda xidmət etdi. 24 yaşında bəylərbəyi oldu.[1] Tezliklə Misir başçısına göndərildi, lakin gəmisi ispan kaperləri hücumuna məruz qaldı. Nəticədə Osman əsir altına düşdü və yaralandı, bu yara nəticəsində o, topal qaldı və müvafiq ləqəb qazandı.[1]
Əvvəlcə Maltaya aparıldı, lakin tezliklə əsirlikdən azad edildi və İstanbula qayıtdı. 1710—1713 rus-türk müharibəsində iştirak etdi, müharibədən sonra Rumeliyə göndərildi və armatollar komandanı oldu. 1715-ci ildə Osmanlı-Venesiya müharibəsi dövründə eyni vəzifədə xidmət etdi. Moreyanın fəthi zamanı fərqlənməyə bacardı və buna görə də paşa titulunu qazandı, bundan başqa iki tuğ əldə etdi və Tirxala sancaqbəyi təyin oldu.[1] 1716—1718-ci illərdəki Avstriya-Osmanlı müharibəsi zamanı o, ordunun təchizatı ilə məsul idi. Lakin tezliklə Moreyada üsyan başladı və Osman Paşa onu yatırmaq üçün oraya göndərildi.[2]
1720-ci ildə o, Bosniya sancaqbəyi, növbəti ildə isə Rumeli bəylərbəyi təyin edildi. 1727-ci ilə qədər bu vəzifədə qaldı, sonra Bosniyaya qayıtdı. 1729-cu ildə yenidən Rumeliya bəylərbəyi vəzifəsinə gətirildi, 1730-cu ildə Bosniyaya qayıtdı. 1730-cu ildə üçüncü dəfə Rumelinin sancaqbəyi oldu. Bu dövrdə, Qərbi Balkanlarda gizlənən Patrona Xəlil tərəfdarlarının hamısını məhv etdi.[3] 10 sentyabr 1731-ci ildə sultan I Mahmud onu sədrəzəm təyin etdi. Bu vəzifədə cəmi altı ay olmasına baxmayaraq, şəhərdəki qayda-qanunu bərpa etmək, qiymətləri sabitləşdirmək və şəhərdə ərzaq təminini qurmağa çalışdı. O, həmçinin qərb modellərinə əsaslanan artilleriya üzrə islahatlar aparmaq istəyən fransız zabiti Klod Aleksandr de Bonnevala havadarlıq etmişdir.[3]
Böyük Vəzir vəzifəsindən azad edildikdən sonra Osman Paşa ilk öncə Trabzonun, daha sonra isə Tiflisin valisi təyin edildi. Lakin tezliklə geri çağırıldı və səreskər təyin edildi. Bu vəzifədə Səfəvi-Osmanlı müharibəsində iştirak etdi. Onun ordusu 1733-cü ilin iyul ayında Bağdadın şimalında baş verən döyüşdə Nadir şahın komandanlığı altında İraqa hücum edən və Bağdadı mühasirəyə alan səfəviləri məğlubiyyətə uğratdı. Topal Osmanın strategiyası sayəsində osmanlılar qalib gəldilər. Nadir şah təxminən 30.000 əsgər itirərək geri çəkildi, osmanlıların itkisi 20.000 oldu.[3][4] Növbəti il Nadir şah təkrar istila cəhdi etdi. Osman Paşanın komandanlığı altındakı ordu, səfəvilərə qarşı sayca üstünlüyünü qorusa da, zəiflədi. Kərkük döyüşündə Osman Paşa öldürüldü və ordusu sarsıdıcı məğlubiyyət yaşadı. Səfəvi əsgərlərindən biri şəxsən Osman Paşanın başını kəsib Nadir şaha təqdim etdi, şah isə Osman Paşanın qalıqlarını osmanlılara qaytardı.[5] Osman Paşanın qalıqları Kərkükdəki İmam Qasım Məscidində dəfn edildi.[3]
Oğlu Əhməd Ratib Paşa, sultan III Əhmədin qızı Aişə Sultan ilə evləndi. Onun nəticəsi Namiq Kamal "Yeni Osmanlılar" hərəkatının məşhur yazıçısı və siyasi fəalı olmuşdur.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.