Kərkük mühafəzəsi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Kərkük mühafəzəsi (ərəbcə: محافظة كركوك) – İraqda inzibati-ərazi vahidi.
mühafəza | |
Kərkük mühafəzəsi | |
---|---|
ərəb. محافظة كركوك kürd. پارێزگای کەرکووک süry. ܟܪܟ ܣܠܘܟ türk. Kerkük ili | |
35°22′ şm. e. 44°08′ ş. u.HGYO |
|
Ölkə | İraq |
İnzibati mərkəz | Kərkük |
Ən böyük şəhərləri | Kərkük |
Qubernator | Nəcməddin Kərim |
Tarixi və coğrafiyası | |
Sahəsi | 9,679 km² |
Hündürlük
|
|
Saat qurşağı | +3 |
Əhalisi | |
Əhalisi | 1,548,200[1] nəfər (2015) |
Əhalinin sıxlığı | 15.995 nəfər/km² |
Etnik tərkib |
Kürdlər Ərəblər Türkmanlar Aysorlar |
Dini tərkib |
İslam Xristianlıq |
Rəsmi dillər |
Kürd dili Ərəb dili Türk dili |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | IQ-KI |
Telefon kodu | +(964) 50 |
Poçt indeksi | 36001[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Kərkük mühafəzəsi Ərbil, Səlahəddin və Süleymaniyyə mühafəzələri ilə həmsərhəddir. 1947-ci ildə 20,355 km² ərazisi olan Kərkük mühafəzəsi inzibati cəhətdən Çəmçəməl, Daquq, Kərkük və Kifri qəzalarına bölünürdü. 1962-ci ildə elin ərazi bölgüsünə dəyişiklik edildi və artıq o, Çəmçəməl, Həvicə, Kərkük, Kifri və Tuzxurmatu qəzalarından ibarət oldu. 1962-ci ildə yeni qəzaların yaradılmasına baxmayaraq mühafəzənin ümumi ərazisi dəyişikliyə məruz qalmamışdı. 1970-ci ildən başlayaraq Kərkük mühafəzəsindən bəzi qəzalar qoparılaraq qonşu mühafəzələrə birləşdirildi. 1975-ci ildə Kərkük elinin Çəmçəməl və Kalar qəzaları qoparılaraq Süleymaniyyə mühafəzəsinə, Kifri qəzası Diyala mühafəzəsinə, Tuzxurmatu qəzası isə Səlahəddin mühafəzəsinə birləşdirildi. 1976-cı ildə Kərkük mühafəzəsinin adı dəyişdirilərək Ət-Təmim adlandırıldı. 1997-ci ildə artıq Kərkük mühafəzəsinin ərazisi xeyli azalaraq 9,679 km²-ə qədər endi, hazırda mühafəzənin sahəsi 10,282 km² təşkil edir və inzibati mərkəzi Kərkük şəhəridir.
1957-ci ildə aparılmış rəsmi siyahıya almanın 1959-cu ildə açıqlanmış yekun nəticələrinə əsasən Kərkük mühafəzəsində əhalinin 45%-ni (təxminən 180 min nəfər) İraq türkmanları təşkil edirdi.[8][9][10][11]
Etnik qrup |
Kərkük mühafəzəsi (1957) | Kərkük şəhəri (1957) | ||
---|---|---|---|---|
Əhali | % | Əhali | % | |
kürd | 187 593 | 48.23% | 40 047 | 33.26% |
ərəb | 109 620 | 28.18% | 27 127 | 22.53% |
türkman | 83 371 | 21.44% | 45 306 | 37.63% |
aysor | 1 605 | 0.41% | 1 509 | 1.25% |
yəhudi | 123 | 0.03% | 101 | 0.08% |
digər | 6 627 | 1.70% | 6 312 | 5.24% |
cəmi | 388 939 | 100% | 120 402 | 100% |
Qəzaları | Əhali, 2003 r.t. |
---|---|
Kərkük qəzası | 622,249[13] |
Havicə qəzası | 151,267[13] |
Daquq qəzası | 40,237[13] |
Dibs qəzası | 34,254[13] |
Cəmi | 848,007[13] |
Yaşayış məntəqəsi | Əhali (2008)[14] |
---|---|
Kərkük qəzası | 961 411 |
Kərkük nahiyəsi | 702 809 |
Qaraəncir nahiyəsi | 130 846 |
Leylan nahiyəsi | |
Multaqa nahiyəsi | 44 988 |
Şivan nahiyəsi | 34 895 |
Təzəxurmatu nahiyəsi | 27 359 |
Yayçı nahiyəsi | 20 514 |
Daquq qəzası | |
Daquq nahiyəsi | |
Dibs qəzası | 95 166 |
Altınkörpü nahiyəsi | 53 472 |
Dibs nahiyəsi | 29 696 |
Sərgəran nahiyəsi | 11 998 |
Həvicə qəzası | |
Abbasi nahiyəsi | |
Həvicə nahiyəsi | |
Rəşad nahiyəsi | |
Riyad nahiyəsi | |
Zab nahiyəsi | |
Kərkük mühafəzası | |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.