From Wikipedia, the free encyclopedia
Tonkin körfəzi olayı (vyet. Sự kiện Vịnh Bắc Bộ; ing. Gulf of Tonkin incident) və ya USS Maddox olayı (ing. USS Maddox incident) — ABŞ-ni Vyetnam müharibəsinə cəlb edən beynəlxalq hərbi qarşıdurma. Qarşıdurma iki toqquşmadan ibarət idi: biri həqiqi, o biri isə iddia olan uydurma.
Tonkin körfəzi olayı | |||
---|---|---|---|
Vyetnam müharibəsi | |||
| |||
Tarix | 2 avqust 1964 | ||
Yeri | Tonkin körfəzi | ||
Nəticəsi | Tonkin körfəzi qətnaməsi, Vyetnam müharibəsinin eskalasiyası | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Birinci Hindçin müharibəsinin sonunda, Fransa ilə Vyetnamlılar arasında olan əleyhdarlığına son qoymaq üçün Cenevrə konfransı (1954) yığılıb. ABŞ da onda iştrak edib, fəqət, Cenevrə akkordlarını (1954) imzalamağdan imtina etmişdi. 1961-ci ildə Cənubi Vyetnamın prezidenti, No Din Diem, əhalisinin bəzi hissələrdən, o cümlədən onun katolik tərəfdarlarının hakimiyyətinə qarşı olan buddistlər tərəfindən narzılıqlarnan üzləşib.[3]
1963-cü ildə Cənubi Vyetnam hökumətinə qarşı buddist etirazları artıq beynəlxalq diqqəti cəlb edib. Bu il ABŞ-nin regionda kommunizm cilovlaması planı üçün pis il idi. Vyetkon (və ya Cənubi Vyetnamım Azadolma Milli Cəbhəsi) üzvlərinin sayı artırdı, korrupsiya problemləri olan Cənubi Vyetnam hərbi qüvvələri isə ona qarşı qeyri-effektiv idi.[4]
1964-cü ilin iyulunda Şimali Vyetnama kəşfiyyat qrupları daxil edən Cənubi Vyetnamın təxribatçı dəstələri ilə aviadesant və Şimali Vyetnamın buna cavablarına görə Şimali Vyetnamın məhəlli suların boyunca vəziyyət qaynar hala yaxın idi.[5]
Avqustun 4-ünün gecəsi Pentaqonda iş yerində gəmidən ismarıcları alan Daniel Elsberq məlumat verir ki, gəmi sirrli elektron hərbi dəstək tədbiri (ESM) missiyası (kod adı DESOTO) çərçivəsində Şimali Vyetnamın məhəlli sularında olub.[6] 1964-cü ilin iyulun 31-i USS Maddox Tonkin körfəzində kəşfiyyatı toplama missiyasını başlayıb. Flaqman olan USS Bon Homme Richard gəmisində olan kapitan Con Stiven Morrison yerli ABŞ qoşunlarının başçısı idi. Maddox üçün əmr verilib ki, Şimali Vyetnamın sahilinə səkkiz mil (13 km), Hon Nieu adasından isə dörd mildən (6 km) daha yaxın üzməsin.[7]
1964-cü ilin iyulun 30-u Cənubi Vyetnam təxribatçı dəstələri Hon Me adasında yerləşən Şimali Vyetnamın radar stansiyasına hücum ediblər. Tarixçi Robert C. Hanyok fikrinə görə, qarşıdurmanı başlayan Cənubi Vyetnamlı təxtibatçı dəstələrin Maddox ilə yaxınlıqda adalarına və özəlliklə Hon Meyə hücumları idi, ona baxmıyaraq ki Maddox o dəstələrin hücumlarında iştrak eləmirdi. Maddox iyulun 31-də bu şəraitdə Şimali Vyetnamın sahilində patrullarını başlayıb, Hon Me adasının bir neçə mil yaxınlığında üzürdü.
Avqustun 1-də Şimali Vyetnam patrul qayıqları artıq Maddox gəmisini izləyirdilər. Radio şəbəkəsi ilə bir neçə ələ geçirilmiş söhbət göstərib ki, onlar hücuma hazırlaşırdılar. Maddox geri çəkilib. Halbuki, avqustun 2-də, maksimum sürəti 28 düyün olan Maddox patrula qayıdıb. O zaman, Şimali Vyetnamın maksimum sürətləri 50 düyün olan üç P 4 torpeda gəmisi onun ardınca üzməyə başlayıblar. Gəmilər cənub-qərbdən yaxınlaşan kimi Maddox kursunu şimal-şəqdən cənub-şərqinə dəyişib, sürətini 25 düyünə qədər artıb. Avqustun 2-nin axşamında torpeda gəmiləri yaxınlaşanda, Maddox üç dəfə xəbərdarlıq atəşi açıb. Bundan sonra, Şimali Vyetnam gəmiləri hücum ediblər.[5] Maddox radio şəbəkə ilə xəbər verib ki, ona 10 dəniz mili (19 km) uzaqlıqdan yaxınlaşan, özü, Şimali Vyetnam sahilindən 28 dəniz mili (52 km) uzaqlıqda, yəni neytral sularında yerləşərkən, hücum olunub. Maddox-dan gələn məlumata görə, o, torpeda hücumudan yayınıb, 127 mm silahları ilə atəş açıb və beləliklə torpeda gəmilər geri çəkilməyə başlayıblar. Şimali Vyetnam gəmilərin ikisi 5 dəniz mili (9,3 km) yaxınlığdan hərəsi bir torpeda vurdular, halbuki ikisidə hədəfə dəyməyib. Başqa P 4 gəmisinin torpedası işləməyib və Maddox onu 5 düyməlik (12,7 sm) mərmi ilə vurub.[8] Xəbərdarlıq atəşindən 15 dəqiqə sonra, ABŞ Hərbi Donanmasının dörd Vought F-8 Crusader təyyarəsi USS Ticonderoga aviadaşıyıcıdan uçub, geri çəkilən P 4 gəmilərinə hücum edib.[5]
Birinci hücum həm bir sıra ABŞ araşdırmaçı, həm də Vyetnam tərəfindən fakt kimi tanınır. Məsələn, Şimali Vyetnam sabiq Müdafiə Naziri, Vo Nuen Zəp[9] və Vyetnamın rəsmi hərbi tarixi[10] tərəfindən, bu fakt tanınır.
Avqustun 4-də hidrolokasiya sistemi verən məlumatının edilən yanlış təfsiri əsasında ikinci hücum haqqında xəbər yayılıb.[11] Bu xəbərin doğru olmasının təsdiqi olmayıb və tezliklə, ikinci hücumun baş vermədiyinin sübut olunub.[12]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.