From Wikipedia, the free encyclopedia
Tomas Hobbs (ing. Thomas Hobbes; 5 aprel 1588[1][2][…] – 4 dekabr 1679[1][2][…]) — məşhur ingilis filosofu və siyasi mütəfəkkiri, müasir siyasi fəlsəfənin banilərindən biri.
Tomas Hobbs | |
---|---|
ing. Thomas Hobbes | |
Doğum tarixi | 5 aprel 1588[1][2][…] |
Vəfat tarixi | 4 dekabr 1679[1][2][…] (91 yaşında) |
Dövr | XVII əsr fəlsəfəsi |
İstiqaməti | empirizm, determinizm, Hüquqi pozitivizm |
Əsas maraqları | fəlsəfə, Dövlət və hüquq nəzəriyyəsi, tarix, etika, həndəsə |
Təsirlənib | Platon, Aristotel, Hüqo Qrotsi, Frensis Bekon |
Vikianbarda əlaqəli mediafayllar |
XVII əsr İngiltərəsində dramatik hadisələrin fəal iştirakçılarından olmuşdur. Monarxist olan Hobbs parlament tərəfdarlarından canını qurtararaq Fransaya mühacirət edib orada gənc II Karlın (edam edilmiş I Karlın oğlu) tərbiyəçisi olur. O, 1651-ci ildə vətənə qayıdır və Kromvelin respublikaçı hökuməti ilə barışır. Hobbs özünün başlıca əsərlərində (Fəlsəfənin əsaslar (1642); Leviafan (1651); Begemot (1668)) İctimai müqavilənin yeni nəzəriyyəsini irəli sürür. Bu yeni nəzəriyyə onun rədd etdiyi İngiltərə inqilabı hadisələrinin təhlili nəticəsində meydana gəlmişdi. Hobbsun həll etməyə çalışdığı başlıca məsələ vətəndaş iğtişaşlarının səbəbi və onların qarşısının alınmasından ibarət idi.
O, dövlət və siyasi hakimiyyəti problemlərini "Leviafan, və ya Materiya, kilsə və vətəndaş dövlətinin forma və hakimiyyəti" adlı əsərində araşdırmışdır. Hobbs dövləti "süni cisim" ilahi varlıq olaraq deyil, insan fəaliyyətinin məhsulu kimi dəyərləndirirdi. Hobbsa görə dövlət "təbii vəziyyət"dən yaranan "ictimai müqavilə" əsasında meydana gəlmişdir. Bu zaman hər tərəfə dağılmış insanlar "hamının hamıya qarşı müharibəsi" vəziyyətində idilər.
İctimai müqavilə əsasında azadlıqlarını könüllü şəkildə məhdudlaşdıraraq müəyyən vətəndaşlar sülhü qorumaq, rifaha nail olmaq kimi hüquqlarını hökmdarların (və ya dövlət orqanlarının) ixtiyarına buraxırlar. Filosofun fikrincə, icitimai müqavilə cəmiyyətin və dövlətin eyni vaxtda yaranmasına səbəb olmuşdur. Bunun vasitəsilə də kütlə mütəşəkkil cəmiyyətə çevrilir və tək sima — dövləti yaradır. Hobbs dövlət təşkilatını canlı orqanizmin quruluşuna bənzədirdi: suverenlik — dövlətin ürəyi, gizli agentlər — dövlətin gözləri və s. Vətəndaş sülhü onun tərəfindən dövlətin sağlamlığı, üsyanlar və vətəndaş müharibələri isə sonradan dövlətin dağılmasına və məhvinə səbəb olan xəstəliklərlə eyniləşdirilirdi. Hobbsun siyasi idealı dövlətdə suverenliyi və daxili iradə birliyini təmin edən monarxiyadır. Dövlət hakimiyyəti vahiddir və heç nə ilə məhdudlaşmır. Vətəndaş qanunları üzərində dayanır. Bu qanunlar yalnız ondan öz güclərini ala bilərlər.
Hobbsa görə, insan anadangəlmə təbii hüquqları (Rights of Nature) — tələbatlarının ödənilməsi haqları ilə doğulur. Onlara yaşamaq, başlıca həyat tələbatları, düşmən təcavüzündən qorunmaq haqları daxildir. Təbii hüquqlar vəhşi, cəmiyyətəqədərki tarixi dövr insanlarını səciyyələndirir, burada hələ nə qanun, nə də mülkiyyət — yalnız hər kəsin özünə lazım olan şeyləri qoparıb almaq haqqı var. İnsan özü özünə hakimlik edir. Və insan təbiəti etibarilə eqoist olduğuna görə (Hobbsa görə, insan insanın canavarıdır) hər kəs çalışır ki, daha çox şey ələ keçirsin, buradan da hamının hamıya qarşı müharibəsi başlayır.
Bu müharibənin qarşısını almaq məqsədilə insanlar öz aralarında öz təbii haqlarını, öz qeyri-məhdud azadlıqlarını hamılıqla könüllü məhdudlaşdırmaq haqqında razılığa gəlirlər. İnsanlar onları bir-birindən müdafiə etməli olan bir dövlət yaratmaq haqqında ictimai müqavilə bağlayırlar. Hobbs hər şeyə qadir olan dövləti azman və hər şeyə qadir Bibliya əjdahası — Leviafan ilə eyniləşdirir. Dövlət tam suverenliyə vətəndaşlar üzərində tam hakimiyyətə malikdir. Suveren qanuna tabe deyil, o, qanunları özü yaradır. Suveren yalnız Allah qarşısında məsuldur. Parlament də, aristokratiya da suveren rolunu oynaya bilər, lakin kral olsa, daha yaxşı olardı.
Hobbsun ideyalarını həm mütləqiyyətin, həm də demokratiyanın xeyrinə izah etmək olar. Məsələn, Hobbsun nəzəriyyəsinin belə bir müddəası monarxistlər partiyasının qəzəbinə səbəb oldu ki, dövlət vətəndaşların könüllü razılığı ilə yaradılır və hökmdar vətəndaşların təhlükəsizliyini təmin edə bilmirsə, hakimiyyətdən salına bilər. Hobbsun ictimai müqaviləsi ədalətli ictimai quruluşa dair antik və orta əsr baxışları ilə müqayisədə irəliyə doğru böyük bir addım oldu və liberalizm nəzəriyyəsinin inkişafına təkan verdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.